Bizi sosial şəbəkələrdən izləyin:
“Bu gün Qarabağdakı otellərin paytaxta nisbətən baha olması qaçılmazdır. Çünki ucqar yerlərdir. Personalın orada yerləşməsi, onların sayının artırılması, bu yol məsələsi ilə bağlı xərclərə də gətirib çıxarır. Ümumi olaraq burdan Şuşaya qədər ərzağın daşınması, orada işçi sayının çox olub xərclərinin ödənilməsi bu sifarişçinin üzərinə hesablanır. Ona görə də qiymətlər nisbətən bahadır”
Bunu Moderator.az -a açıqlamasında Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib. O daha sonra əlavə edib:
“Həmin otellərin yer tutumu da azdır. Sayın azlığına görə də orada qiymətlər bir az yüksəkdir. Təbii ki, gələcəkdə qiymətlərin stabil olması gözlənilir. Çünki biz böyük köçə nail oluruq. Demək olar ki, əhalimiz Zəngilan, Laçın, Şuşa, Xankəndidə köçüb yaşayırlar. Yaxın 5 ildə əhalinin demək olar ki, 99 faizi tam yerləşəndən sonra yeni iş yerlərinin açılması və işçi qüvvəsinin orada yerləşməsi mümkün olacaq. Bu da orada fəaliyyət göstərən turizm komplekslərin də işini asanlaşdıracaq. Bu da bərabərlik yaradacaq ki, qiymətlərin stabil olmasına gətirib çıxaracaq” deyə ekspert bildirib.