Bizi sosial şəbəkələrdən izləyin:
Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Tıxlı kəndi ərasizində yerləşən türbəsi baxımsız vəziyyətə düşüb. Bu haqda professor, musiqişünas Abbasqulu Nəcəfzadə Moderator.az-a açıqlama verib:
“Şeyx Heydərin türbəsi baxımsız vəziyyətdədir. Vaxtilə Şeyx Heydər orada basdırılıb, sonra oğlu aparıb Ərdəbildə dəfn edib. Ora bir ziyarətgah kimi olub. İndi gözümüzün qabağında dağılır, üstü sökülüb, qəzalı vəziyyətə düşüb. Buna kim baxmalıdır? Xızı Rayon İcra Hakimiyyətinə deyirsən, deyirlər ki, ora bizim ərazimiz deyil. 5 kilometr arası var da. Siyəzəndən də deyirlər ki, bizdən çox uzaqdır. Uzaqlığın nə aidiyyatı var? O onun üstünə atır, bu onun üstünə! Belə olmaz axı! Gözümüzün önündə o boyda tarixi abidə dağılır. Dəfələrlə gəlib işıqlandırıblar, heç kimin vecinə deyil. Yaxşı, bunu kim etməlidir? İşləyə bilmirsinizsə çəkilin kənara qoy işləyən adamlar gəlsin bununla məşğul olsunlar” deyə professor deyib.
Türbənin görüntülərini sizlərə təqdim edirik.