“Ermənistan bölgədə sülh və sabitlik üçün təhlükə yaradan əməllərdən əl çəkməli, qarşıdurma və gərginliyə səbəb olacaq addımlardan çəkinməlidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bu gün Ermənistana dəstək verən xarici qüvvələr dar məqamda yenə yoxa çıxacaq, Ermənistanı problemləri ilə üz-üzə qoyacaq:
“Ermənistan 44 günlıük Vətən müharibəsinin nəticələrindən dərs almalı, ibrət götrməlidir. İrəvan anlamalıdır ki, eyniylə 2020-ci ildə olduğu kimi, bundan sonda da ona dəstək verən, Ermənistanı yeni qarşıdurmaya sövq edən xarici güclər dar gündə yenə ərşə çəkiləcək, əlçatmaz, ünyetməz olacaq. Onlar ən yaxşı halda hansısa bəyanat verməklə öz işlərini bitmiş hesab edəcəklər.
Buna görə də, Ermənistan Qərbdəki havadarlarının təxribatçı ideyalarına “yox” deməli, onların fitnə-fəsadlarına uymamalıdır. Əks təqdirdə, bu prosesdə uduzan və məyus olan tərəf yenə də Ermənistan olacaq”.
Seymur ƏLİYEV