“Artıq heç bir möcüzə, hansısa bir siyasi qəhrəman Rusiyanı xilas edə bilməz...”
Ekskluziv
518
18:58, Bu gün

“Artıq heç bir möcüzə, hansısa bir siyasi qəhrəman Rusiyanı xilas edə bilməz...”

“Onun əhalisini də yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır...”
 
“Rusiya adlanan qurum 90 ilə yaxındır ki, aşınma prosesi yaşayır. Bu imperiyanın Sovet İttifaqı adlı təzahürünün ən güclü və qüdrətli dövrü 1946-1952-ci illər olmuşdur. II Dünya bu İttifaq müharibəsində Hitler faşizminə qalib gəlmişdi. Dövlətin başında bütün dünyada sayılan əzəmətli bir dövlət xadimi –Stalin dayanırdı. O öləndən sonra isə yerinə düdük Xruşşov gəldi. O, dövlətin bütün ehtiramını sındırdı. Kommunizm ideologiyasını, onun tərəfdarlarını tamamilə gözdən saldı. Nəticədə ümumdünya kommunist hərəkatı dağılmağa başladı. Xruşşovun ardınca Brejnev gəldi və onun dövründə də ümumdünya sosialist sisteminin çöküşünə start verildi. Daha sonra düdük Qorbaçov gəldi və SSRİ dağıldı”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Rusiyanın mövcud durumundan danışan politoloq Zərdüşt Əlizadə söyləyib. 
 
“Bir sözlə, bu Rusiya adlanan təzahür, vücud onillərdir ki, addım-addım zəifləyir, aşınır, tənəzzülə uğrayır. Və bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz.  Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər... 
 
SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elmi tutumlu, inkişaf etmiş sənaye potensialını tari-mar etdilər,  əvəzində isə ciddi heç nə yaratmadılar, qurmadılar.. Təsəvvür edin ki, 1989-cu ildə dünya aviasiya parkının 40 faizini Sovet İttifaqı istehsal edirdi.  İndiki Rusiya isə heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar. Görkəmli rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Və s. və i.a. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb. Onun əhalisini də yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır... Odur ki, Rusiya addım-addım uçuruma gedir. Və göz-görəti Cənubi Qafqazdan da gedir. Azərbaycandan qoşunlarını çıxardı, getdi, Gürcüstandan getdi.  İndi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam... Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil. Və buna çox baş qoşmaq lazım deyil. Bizim öz problemlərimiz, xüsusən  daxili problemlərimiz özümüzə bəsdir”, -deyə yekunda Zərdüşt Əlizadə diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər