Ekskluziv
356
14:39, Bu gün

"Tramp Ukraynanı azad etmək və Putinlə Si Tszinpinə zərbə vurmaq gücündədir" - "The Hill"

 
"Tramp müharibəni bitirmək üçün Rusiyaya qarşı sanksiyaları ikiqat artıracaq..."
 
Tramp Rusiya və Çinin Qərbə qarşı apardığı müharibənin öhdəsindən gələ bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, burada Ukraynanın bütün təbii sərvətləri və Rusiyaya və Çinə sarsıdıcı zərbə vurmaq imkanı məsələsi dayanır.
 
ABŞ prezidenti Donald Trampın Ukraynanı Rusiyadan azad etmək və Rusiya diktatoru Putin və Çin lideri Si Tzsinpinin Qərbə qarşı apardığı müharibəyə zərbə vurmaq üçün kifayət qədər səlahiyyəti var.
 
Əgər Tramp buna nail olarsa, ABŞ və Avropa Ukraynanın bütün təbii sərvətlərinə çıxış əldə edəcək, əks halda, Vaşinqton və Brüssel yalnız onların bir hissəsinə sahib olacaq.
 
"İndi bu, Trampın müharibəsidir-təkcə Ukraynada deyil, bütün dünyada ya qələbə, ya da məğlubiyyətlə bitəcək müharibədir" - məqalədə qeyd olunur.
 
Nəşr vurğulayır ki, Ukrayna tərəfi Rusiyanın əsarətindən azad və gələcəkdə repressiv idarəçilikdən uzaq bir millət kimi sağ qalmasını təmin etmək üçün ən yüksək bədəl ödəməyə hazır olduğunu nümayiş etdirib.
 
"Artıq yüz minlərlə ukraynalı həlak olub və yaralanıb. Denver ölçüsündə olan şəhərlər, o cümlədən Mariupol Rusiya bombardmanları nəticəsində məhv edilib ki, bu da birbaşa Cenevrə Konvensiyalarının pozulmasıdır," - məqalədə qeyd olunur.
 
Təbii sərvətlər və ABŞ
 
Qərb uzun müddətdir Ukraynanın təbii sərvətlərinə maraq göstərir. "Biz yüz milyardlarla dollar sərmayə qoyuruq. Onların möhtəşəm təbii sərvətləri var. Mən bu sərvətlərin təhlükəsizliyini təmin etmək istəyirəm və onlar buna hazırdır," - Tramp, Ukraynanın təklifini şərh edərkən bildirib.
 
Ukrayna dünyada ən böyük qrafit, litium, titan, berillium və uran yataqlarından birinə sahibdir.
 
"Rusiyaya qarşı tətbiq edilən sanksiyalar 10 ballıq şkala üzrə cəmi "üçlük" səviyyəsindədir..."
 
Кот Келлог — спецпосланник Дональда Трампа по поводу войны в Украине
 
Bu arada isə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bəyan edib ki, Donald Tramp ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını ikiqat artırmağa hazırdır ki, Ukraynadakı müharibəyə son qoysun. Lakin müharibəni bitirmək üçün həm Kiyev, həm də Moskva güzəştlərə getməli olacaq.
 
Kelloqun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar iqtisadi təzyiqin nə dərəcədə ağrılı olması baxımından 10 ballıq şkala üzrə cəmi "üçlük" səviyyəsindədir.
 
Halbuki, ABŞ sanksiyalarının, məsələn, Rusiyanın gəlirli enerji sektoruna yönələn məhdudiyyətlərin nominal olaraq iki dəfə yüksək olduğu qeyd edilir. Lakin sanksiyaların daha da sərtləşdirilməsi mümkündür.
 
"Sanksiyaları, xüsusən də son neft hasilatı və ixracına yönələn sanksiyaları həqiqətən gücləndirmək olar", - o, bildirib.
 
Eyni zamanda o vurğulayıb ki, Rusiya keçmişdə də öz qoşunlarının böyük itkilər verməsinin qarşısını almağa çalışmayıb və indi də bu məsələdə maraqlı deyil. Buna görə də Rusiyaya təzyiq yalnız hərbi yolla olmamalıdır.
 
"Siz iqtisadi təzyiq, diplomatik təzyiq, müəyyən hərbi təzyiq və tətbiq edəcəyiniz digər vasitələrlə hər şeyin istədiyimiz istiqamətə yönəlməsinə əmin olmalısınız", - Kelloq izah edib.
 
"Danışıqlarda hər iki tərəf güzəştə getməli olacaq, çünki balans tapılmalıdır..."
 
Bununla belə, Kelloq hesab edir ki, Rusiya və Ukrayna arasında danışıqlar olmadan müharibə bitməyəcək və hər iki tərəf müəyyən güzəştlərə getməli olacaq.
 
"Açıq danışsaq, istənilən danışıqlarda hər iki tərəf güzəştə getməlidir, danışıqlar bunu tələb edir. Bu, hamı üçün məqbul olacaqmı? Xeyr. Amma siz balans tapmağa çalışırsınız", - o, əlavə edib.
Link kopyalandı!
Son xəbərlər