Ekskluziv
903
09:31, Bu gün

"Buna rəğmən heç bir polis əməkdaşı məsuliyyətə cəlb edilməyib...” - Gürcüstan ombudsmanı

Etiraz aksiyaları zamanı gürcü polisinin hərəkətləri getdikcə daha da qəddarlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə "PalitraNews"-a müsahibəsində Gürcüstanın ictimai müdafiəçisi - ombudsman Levan İoseliani danışıb.
 
"Builki və keçənilki etirazları müqayisə etsək, polisin hərəkətləri getdikcə daha da qəddarlaşır... Əgər əvvəllər on məhbusun üçdə biri qəddar rəftar barədə məlumat verirdisə, indi bu rəqəm 70-80%-ə yüksəlib. Statistikalar çox narahatedicidir. Bu statistikalar polisin fəaliyyətinin əvvəlki dövrlə müqayisədə kəskin şəkildə dəyişdiyini göstərir”, - İoseliani belə deyib.
Ombudsman qeyd edib ki, onlarla nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsinə baxmayaraq, “heç bir polis əməkdaşı və ya məmur məsuliyyətə cəlb edilməyib”.
 
O, söz verib ki, aparat müvafiq faktların araşdırılmasına cavabdeh olan Xüsusi İstintaq Xidmətinin işinə qiymət verəcək.
Link kopyalandı!
Son xəbərlər