Meğrinin merinin müşaviri niyə intihar etdi?..
Ekskluziv
1038
09:19, Bu gün

Meğrinin merinin müşaviri niyə intihar etdi?..

Ermənistanın Meğri şəhərinin meri Xaçik Andreasyanın gənc müşaviri Nairi Zakaryan ötən gün - fevralın 6-da intihar edib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.
 
"Meğri sakinlərinin sözlərinə görə, 35 yaşlı gənc bir aya yaxın idi ki, itkin düşmüşdü və srağagün o, Vahravar kəndindəki bağ evində asılmış vəziyyətdə tapılıb. O, müşavir təyin olunmazdan əvvəl bələdiyyənin kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
İntiharın səbəbinin ən çox yayılmış versiyası qumar səbəbiylə yığılan borclar olub.
 
Dünən biz də bələdiyyə sədrindən nə baş verdiyini soruşmağa çalışsaq da, o, zənglərimizə cavab vermədi", -deyə erməni nəşri bildirir.
 
S.Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər