ABŞ Çini “öz evində boğur”: Üç Asiya nəhəngi ilə birlikdə...
Ekskluziv
593
06 Feb 2025 | 21:13

ABŞ Çini “öz evində boğur”: Üç Asiya nəhəngi ilə birlikdə...

ABŞ Çinin Asiyada artan hərbi aktivliyi fonunda Uzaq Şərqdəki müttəfiqləri ilə birlikdə silsilə təlimlərə start verib.

 

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Pentaqon Yaponiya, Avstraliya və Filippinlə birlikdə dəniz təlimlərinə start verib ki, bu da Çinin təşvişinə səbəb olub. Filippinə məxsus dəniz sularında keçirilən təlimləri öz təhlükəsizliyi üçün təhdid hesab edən Çin, müttəfiq dövlətləri regionda sabitliyi pozmaqda ittiham edib.

 

Qeyd edək ki, həftənin sonlarına doğru bu təlimlərə Fransanın da qoşulması nəzərdə tutulur.

 

Mütəxəssislər hesab edir ki, Trampın ABŞ rəhbərliyinə gəlişindən sonra Pentaqonun Çinlə bağlı sərgilədiyi taktika əvvəlki strategiyalardan daha effektli ola bilər. Buna səbəb ABŞ-ın Çin ətrafında müttəfiqlərindən ibarət zəncir formalaşdırması, istənilən an bu zəncirin tamamını bir vahid kimi hərəkətə gətirmək bacarığıdır. Başqa sözlə desək, ABŞ Çini Asiyada – “öz evində boğaraq” onun aqressiv meyillərinin qarşısını almaqda, bu meyillərin geniş ekspansiyaya çevrilməsini önləməkdədir.  

 

Birgə təlimlərlə nəhəng hərbi gücə malik Çinə gözdağı verən ABŞ, bununla Uzaq Şərqdə də söz sahibi olduğunu, Çinin bölgədəki müttəfiqlərinə əzələ nümayiş etdirməyə imkan verməyəcəyini göstərir.

 

Bildirək ki, ABŞ Uzaq Şərqdəki müttəfiqləri ilə birlikdə həm də hava patrulu həyata keçirir.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər