Ekskluziv
935
06 Feb 2025 | 17:58

"Bəşəriyyət üçün qlobal problem Putin yox, məhz Rusiyadır" - Aleksandr Nevzorov

 
"Ruslar onların başında duran məhz yaramaz çekist cinayətkardan həzz alır..."
 
Avropa İttifaqı Putinin təcavüz cinayəti üzrə mühakimə olunması üçün xüsusi tribunal layihəsini razılaşdırıb.
 
Moderator.az xəbər verir ki, rusiyalı publisist Aleksandr Nevzorov "gordonua.com" nəşrindəki bloqunda buna münasibət bildirib.
 
"Avropa İttifaqı bəyan edib ki, Brüsseldə keçirilən görüşdə 37 ölkənin ekspertləri "Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılması üçün hüquqi bazanı" təsdiqləyib. 
 
Bu, digər bir dövlətə qarşı təcavüzkar müharibə başlatmaqdan ibarət olan ayrıca bir cinayət tərkibidir. Müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdən fərqli olaraq, bu cür ittihamlar hər iki tərəfdəki adi iştirakçılara qarşı irəli sürülə bilər. Təcavüz cinayəti isə yalnız başqa bir ölkəyə hücum qərarı verən dövlət rəhbərliyinə aid edilir.
 
"Rusiya BMT Nizamnaməsini pozaraq tanklarla Ukrayna sərhədlərini keçmək qərarına gəldikdə, ən ağır cinayətlərdən biri olan təcavüz cinayətini törədib. İndi isə ədalət yaxınlaşır, bu, Ukrayna üçün ədalət olacaq!" - bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayyen bəyan edib.
 
Bu təşəbbüs gözəl və vaxtında olsa da, ən vacib reallıqları nəzərə almır. Hələ də Putin Yer üzündə yeganə cinayətkardır ki, həbs edildiyi halda nüvə silahından istifadə edə bilər. Amma əsas problem bu deyil.
 
Daha pisi odur ki, Kreml ifritəsi üzərində beynəlxalq tribunal onun Rusiya daxilindəki reytinqini, heç şübhəsiz, artıracaq. Axı ruslar onların başında duran məhz yaramaz çekist cinayətkardan ləzzət alır.
 
Əgər bu tribunal ona daha bir "müddət" əlavə edərsə, bu, sadəcə, onun köhnə döşlərinə daha bir "sərt oğlan ulduzu" əlavə edəcək. Xalqın ona olan məhəbbəti azalmaq əvəzinə, daha da artacaq. 140 milyon insan daha da əyiləcək.
 
Əgər Putin rus xalqının əsrlər boyu formalaşmış arzularının ifadəçisi olmasaydı, o, çoxdan əyalət psixiatriya xəstəxanalarının birində çürüyüb getmişdi.
 
Əsas problem ondadır ki, məsələ təkcə Putində deyil, xalqın özündədir. Daha dəqiq desək, Putin yox, məhz Rusiya bəşəriyyət üçün qlobal problemdir.
 
Ümid yalnız onadır ki, inadkar Tramp qisas olaraq Putinin kriminal döymələrini dərisi ilə birlikdə soyacaq və Kreml ifritəsini yerinə oturdacaq".
Link kopyalandı!
Son xəbərlər