“Rusiya heç vaxt beynəlxalq hüquqa hörmət etməyib”
Ekskluziv
305
16:00, Bu gün

“Rusiya heç vaxt beynəlxalq hüquqa hörmət etməyib”

Azərbaycan Rusiya səmasında vurulan və Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək. Buna səbəb Rusiyanın baş verən hadisəyə görə məsuliyyət daşımaqdan imtina etməsidir.

 

Moderator.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli Rusiyanın nə bu gün, nə də dnən beynəlxalq hüquqa hörmət etmədiyini vurğulayıb:

 

“Təbii ki, Azərbaycanın baş verənlərə görə beynəlxalq məhkəməyə müraciət etmək haqqı var və heç kim bu haqqı bizim əlimizdən ala bilməz. Təyyarə qəzasına görə Rusiyanın məsuliyyəti göz önündədir. Azərbaycanın dövlət başçısının da bununla bağlı aydın mövqeyi var.

 

Tarixə nəzər salsaq görərik ki, Rusiya heç vaxt beynəlxalq hüquqa hörmət etməyib. Hər zaman özünü beynəlxalq hüquqdan üstün tutmağa çalışıb. Hansı ki, bu cür davranış ilk növbədə Rusiyanın özünün nüfuzuna mənfi təsir göstərir. Aktau qəzası ilə bağlı Rusiyanın sərgilədiyi mövqe də bu qəbildəndir”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər