“Suriyanın yeni prezidenti düşünür ki, o, uzunmüddətli bir hakimiyyət qura biləcək...”
Ekskluziv
736
04 Feb 2025 | 20:54

“Suriyanın yeni prezidenti düşünür ki, o, uzunmüddətli bir hakimiyyət qura biləcək...”

“Suriyanın yeni prezidenti düşünür ki, o, uzunmüddətli bir hakimiyyət qura biləcək...”
 
“Əş-Şaraa çalışır ki, Suriyanın işlərinə müdaxilə etməyə imkanı olan dövlətlərlə xoş münasibət qursun ki, onun hakimiyyətinə həmin dövlətlər tərəfindən zərər dəyməsin...”
 
“Suriyada yeni hakimiyyətə gəlmiş qüvvə mahiyyətcə radikal islamçı bir qüvvədir. Dünyanın əksər dövlətləri onu terrorçu təşkilatların siyahısına salıblar. Hətta bir müddət əvvəl bu gün Əhməd əş-Şaraa adıyla prezident kürsüsünə əyləşmiş həmin islamçı qurumun rəhbəri Məhəmməd əl-Culaninin yerini deyənə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən 10 milyon  dollar mükafat vəd edilmişdi. İndi isə Culani gəlib oturub Dəməşqdə və ətrafı onu müvəqqəti prezident təyin edib. Və o çalışır ki, yeni hakmiyyəti möhkəmləndirsin, ölkədəki bütün silahlı qrupları yeni yaranan Suriya ordusuna daxil etsin. Və özü də Suriya ordusunun başında durub öz hakimiyyətini toparlasın”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Suriyanın yeni perzidenti Əhməd əş-Şaraanın ilk xarici səfərlərini şərh edən politoloq Zərdüşt Əlizadə ifadə edib. 
 
“Eyni zamanda əş-Şaraa çalışır ki, Suriyanın işlərinə müdaxilə etməyə imkanı olan dövlətlərlə xoş münasibət qursun ki, onun hakimiyyətinə həmin dövlətlər tərəfindən zərər dəyməsin. Ona görə də əvvəlcə ən varlı və qüdrətli qonşusu olan Səudiyyə Ərəbistanının faktiki rəhbəri Məhəmməd ibn Salmanın yanına, sonra isə ordusunun bir hissəsini Suriyada saxlayan Türkiyə lideri Ərdoğanın yanına... Üstəlik,  Suriyanın yeni prezidenti Türkiyə xarici işlər naziri Hakan Fidanla, həmçinin MİT rəhbəri İbrahim Kalınla çox sıx əlaqələr saxlayır... 
 
Bir sözlə, görünən odur ki, Əhməd əş-Şaraa hər vasitəsilə çalışır ki, hakimiyyətini möhkəmlətsin. Hələlik onun nə vaxtı, nə imkanı çatır ki, bu bədbəxt, viranə qalmış Suriya üçün, Suriya xalqı üçün nəsə etsin. Amma belə ümid etmək olar ki, hakimiyyətini möhkəmlədəndən sonra xalq üçün də nəsə edəcək. Hələlik isə Əhməd Şaaranın tərəfdarları vaxtilə onunla müharibə aparan, onları hakmiyyətə buraxmayan təşkilatların üzvlərini evlərindən bayıra atır, müqavimət göstərənləri öldürürlər. Və Suriyanın yeni prezidenti düşünür ki, o, uzunmüddətli bir hakimiyyət qura biləcək”, - deyə davamında politoloq diqqətə çatdırıb. 
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər