“Ən güclü dövlətin də gücünün, dözümünün bir həddi var. Heç kimin dözümü sonsuz deyil, hətta Rusiyanın da...”
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Qərbin və ABŞ-ın Ukraynaya verəcəyi daha böyük dəstək bütün müharibənin taleyini həll edə bilər:
“Rusiyanın sahib olduğu nəhəng hərbi potensial, eləcə də insan resursu bütün itkilərə rəğmən ona müharibəni davam etdirməyə imkan verir. Lakin bu, Rusiyanın yenilməz olduğu, heç vaxt geri çəkilməyəcəyi demək deyil.
Ukrayna bugünə qədər cəsarət və qəhrəmanlıqla vuruşub. Lakin müharibəni davam etdirməsi, rus işğalının qarşısını alması üçün onun daha ciddi hərbi dəstəyə ehtiyacı var. Əgər bu olacaqsa, o zaman Rusiya geri çəkilməyə məcbur olacaq. Rusiyasnı dayandırmağın yeganə yolu budur”.
Seymur ƏLİYEV