Ekskluziv
274
16:07, Bu gün

"ABŞ Ukraynaya hərbi yardım tədarükünü bərpa edib" -  "Reuters"

 
"Birləşmiş Ştatların hərbi yardımı dayandırması Kiyevi sülh danışıqlarında daha zəif mövqeyə sala bilər..."
 
Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımın tədarükünü qısa fasilədən sonra bərpa edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Agentliyin məlumatına görə, son günlər ABŞ silahlarının Ukraynaya tədarükü qısa müddətə dayandırılmışdı. Lakin bu həftəsonu ABŞ prezidenti Donald Tramp administrasiyası Ukrayna siyasətini müzakirə edərkən tədarüklər bərpa olunub. 
 
"Reuters" bildirib ki, yardımın tədarükü Ağ Evin "Ukraynaya bütün yardımı dayandırmaq barədə ilkin qiymətləndirməsindən imtina etməsindən" sonra yenidən başlayıb.
 
Anonim qalan amerikalı rəsmilərdən biri bildirib ki, Tramp administrasiyasında ABŞ-ın Ukraynaya öz ehtiyatlarından silah tədarükünü hansı dərəcədə davam etdirməli olduğu məsələsində fikir ayrılıqları var.
 
"Amerika silahlarının tədarükünün dayandırılması Kiyevin döyüş qabiliyyətini məhdudlaşdıracaq və onu sülh danışıqlarında daha zəif mövqeyə salacaq. Lakin Tramp administrasiyasının tədarüklərin dayandırıldığını və sonra bərpa edildiyini rəsmi şəkildə qəbul edib-etməyəcəyi məlum deyil", - agentlik vurğulayıb.
 
Donald Trampın inauqurasiyasından bəri ABŞ Ukraynaya yeni hərbi yardım ayırdığını açıqlamayıb. Bununla belə, "Reuters" yazır ki, Co Bayden tərəfindən təsdiqlənmiş tədarüklərin aylardır davam edəcəyi güman edilib, çünki qrafikdə gecikmələr olub.
 
Daha öncə açıqlanmayan bu qısa fasilə isə Tramp administrasiyasında bu məsələyə dair gərgin müzakirələrin ilk açıq göstəricisi kimi qiymətləndirilir.
 
"Tramp administrasiyası Ukraynanın Rusiyanın tammiqyaslı işğalına qarşı mübarizəsində ona ciddi hərbi yardım göstərməyə davam edib-etməyəcəyinə dair aydın siqnal verməyib", - materialda qeyd edilir.
 
ABŞ-ın Ukraynaya yardımı ilə bağlı digər xəbərlər
 
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın tədarükünü ölkənin nadir torpaq metalları müqabilində təklif etmək istədiyini bəyan edib. Bundan əlavə, amerikalı lider Avropanı Kiyevə yetərli dəstək göstərməməkdə ittiham edib.
 
Bu arada, "Reuters" yazır ki, 2024-cü il ərzində ABŞ Ukraynaya il ərzində vəd edilən hərbi yardımın cəmi yarısını və zirehli texnikanın isə yalnız təxminən 30 faizini tədarük edib.
 
Bildirilir ki, bu gecikmələr əsasən ABŞ-ın əvvəlki prezidenti Co Baydenin səlahiyyət müddətinin son aylarına təsadüf edir. Məhz həmin dövrdə Ukrayna 2023-cü ilin əkshücumunda geri qaytardığı ərazilərin demək olar ki, hamısını itirib.
Link kopyalandı!
Son xəbərlər