“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı...- Rusiya “5-ci kalon”u...
Ekskluziv
362
10:23, Bu gün

“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı...- Rusiya “5-ci kalon”u..."

“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı...- Rusiya “5-ci kalon”u bütün zəhər və irinləri ilə hücumdadır...”
 
Ermənistan Xristian Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyan hesab edir ki, son günlər bu ölkəyə qarşı açıq-aşkar hibrid müharibə aparılıb.
 
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” məlumat yayıb.
 
Onun sözlərinə görə, Meğri mübadiləsi , daha sonra  iranlıların(İran vətəndaşı olan Azərbaycan türklərinin- S.L.) iştirakı ilə videonun yayılması , daha sonra metropolitendə baş verən xuliqanlıq hadisəsi ilə bağlı xəbərlər informasiya müharibəsinin genişləndiyini və bundan sonra da şiddətlənəcəyini göstərir.
 
“Rusiya dinc durmur və yəqin ki, dinc durmayacaq. Moskva anlayır ki, tezliklə buradan getməli, daha dəqiq desək, artıq onun son sığınacağı, doğma bazası və ən sevimli yeri sayılan Ermənistandan əlini çəkməli olacaq. Buna görə də o, müxtəlif platformalar vasitəsilə insanları informasiya və psixoloji hücuma məruz qoymaq üçün “5-ci kolon”un rəhbərlərini və iştirakçılarını ətrafına toplayıb küçələrə və internetə atıb”, - deyə partiya rəsmisi "Haykakan Jamanak"a müsahibəsində qeyd edib. 
 
Sukiasyanın fikrincə, ictimai nəqliyyatda yeni daşınma tarifləri məsələsindən sui-istifadə edərək boykota başlamaq həm də hibrid müharibə üçün yaxşı fürsət olub.
 
“Görürük ki, daşınma tarifləri ilə bağlı məsələni necə siyasiləşdirirlər. Lakin buna nail ola bilmədilər, çünki hakimiyyət ictimaiyyətin səsinə qulaq asaraq hərəkətə keçdi”, - deyən siyasətçi Rusiyanın “5-ci kalon”unun bütün zəhər və irinləri ilə hücuma keçdiyini vurğulayıb...
 
Yenidən Meğrinin Şuşa və Laçınla mübadiləsi ilə bağlı son yazılara istinad edən Sukiasyan bunun hibrid müharibə ilə necə əlaqəli olduğunu ətraflı izah edib.
 
"ABŞ niyə həmin sənədləri məxfilikdən çıxarıb dövriyyəyə buraxdı? Yəqin ki, onların Ermənistanda çevriliş olacağı ilə bağlı məlumatı, yəni kəşfiyyat məlumatları olub və Meğri məsələsini dərc etməklə bunun qarşısını alıblar.  Xronologiyanı təsdiq edə bilmərəm, amma deyə bilərəm ki, bununla bağlı nəticə çıxarmaq imkanı var. Aydındır ki, ölkəmizdə öz  mənafeyini dövlət mənafeyindən üstün tutan agent şəbəkəsi var ki, gecə-gündüz qışqırır ki, hakimiyyət Meğrini verir və s. İnsanlar, doğrudur, şokdadırlar, amma reallığı anlayırlar”, - o, diqqətə çatdırıb.
 
“Bu, uzun prosesdir, Ermənistan strateji məqsədinə çatana, Azərbaycanla müqavilə imzalayana, müttəfiqləri ilə münasibətləri gücləndirənə qədər  hibrid müharibələr baş verəcək. Belə olan halda deyə bilərik ki, Ermənistana qarşı işləyənlər beyni olmayanlar və ya agent şəbəkəsi çərçivəsində fəaliyyət göstərənlərdir”, -deyə o, vurğulayıb.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər