Şolts Trampın Ukraynaya yardımı onun qiymətli metallarıyla əvəzləmək fikrini tənqid etdi...
Ekskluziv
588
08:28, Bu gün

Şolts Trampın Ukraynaya yardımı onun qiymətli metallarıyla əvəzləmək fikrini tənqid etdi...

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Ukraynaya gələcək hərbi yardımı onun qiymətli xammallarına çıxışla əvəzləmək təklifini tənqid edib.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu haqda Almaniyanın "NTV" kanalı məlumat yayıb.
 
 Məlumatda deyilir ki, Brüsseldə keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitindən sonra Şolts bu mövqeyi "çox eqoist" adlandırıb.
 
Almaniya kanslerinin sözlərinə görə, Kiyev bu resurslardan hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkəni bərpa etmək üçün istifadə etməlidir:
"Böyük dağıntıları nəzərə alsaq, bunlar əsas vəzifələrdir. Ona görə də müharibədən sonra lazım olan hər şeyi maliyyələşdirmək üçün ölkənin resurslarından istifadə edilməlidir".
 
Yardımın nadir torpaq metalları ilə mübadiləsi...
 
Xatırladaq ki, daha əvvəl Amerika lideri Ukrayna ilə ABŞ-yə ölkənin nadir metallarının tədarükü ilə bağlı müqavilə bağlamaq istədiyini bildirmişdi.
 
"RBK-Ukrayna"nın Prezident Ofisindəki mənbələri bildiriblər ki, nadir torpaq ehtiyatlarının əsas tərəfdaşlarla birlikdə qorunması və istifadəsi prezident Vladimir Zelenskinin planına daxil edilib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər