“Rasim Balayevlə birlikdə çəkilirdim”-“Yaprak dökümü”-nün Cevriyesindən ÖZƏL-FOTO
Ekskluziv
614
03 Feb 2025 | 23:16

“Rasim Balayevlə birlikdə çəkilirdim”-“Yaprak dökümü”-nün Cevriyesindən ÖZƏL-FOTO

“Azərbaycanda 2011-ci ildə olmuşam. O vaxt “Qaranlıqlar çiçəyi” adlı serial çəkilirdi və mən də orada seriyalardan birində rol aldım. Azərbaycana gələndə çox xoşbəxt idim. Bakını gördüm və çox sevdim. Çox təəssüf ki, çox qalma şansım olmadı. Rasim Balayevlə birlikdə çəkilirdim. Günümüz gözəl keçdi”
 
Bunu Moderator.az-a özəl açıqlamasında Türkiyənin məşhur aktrisası, hər kəsin “Yaprak dökümü” serialından “Cevriye” obrazı ilə tanıyıb sevdiyi Güler Ökten deyib. O daha sonra əlavə edib:
 
“İnternetdən istifadə etmirəm. And içmişəm. Evimdə də internet yoxdur. Ona görə də sosial şəbəkələrdə də adımdan səhifələr açılıb. Heç birini mən idarə etmirəm. Deyirlər ki, insanlar çox mesaj yazır, hamı sevgisini dilə gətirir. İnsanlar məni görəndə də Cevriyədən danışırlar” deyə 83 yaşlı sənətçi bildirib.
Güler Ökten “Yaprak dökümü” serialındakı Cevriye obrazından da danışıb:
 
“Cevriye rolu mən deyərdim ki, mənim yox, ssenaristlərin uğurudur. Çünki bir rolu oynamaq üçün onda nələrsə, hansısa ştrixlərin olması vacibdir. Bəzən rollar olur ki, baxırsan ki, boşdur. Aktrisa orada nə edə bilər? Həyatda tanıdığım 3 qadın var idi. Biri tənbəl idi, biri zarafatcıl, biri də əsəbi. Hər üç qadını birləşdirib, Cevriye yaratdım. Gəlin-qaynana mövzusu hər zaman aktual olub. Ətrafımızda o qədər Cevriye var ki” deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, hazırda heç bir yerdə çəkilmir:
 
“Bir serilada kiçik bir rolda oynadım. Çəkilib gəldim. Səhhətim yaxşı olmadığı üçün daha dəvətləri qəbul edə bilmirəm. Allah hər kəsə can sağlığı versin” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər