Ekskluziv
274
21:06, Bu gün

"Rusiya Konstitusiyasını tapdalayan kəs dünyaya legitimlik dərsi keçir" - Ukrayna XİN rəhbəri

"Putinin 25 illik hakimiyyəti dövründə Ukraynada demokratik seçkilər yolu ilə üç dəfə prezident dəyişib..."
 
Sibiga Putinin Zelenskinin qeyri-legitimliyi ilə bağlı bəyanatına sərt cavab verib
 
Kreml rəhbəri Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin qeyri-legitim olduğunu iddia edərək, xarici liderləri və auditoriyanı çaşdırmağa çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiga bəyan edib. Məlumatı "dialog.ua" nəşri yayıb.
 
Sibiqa vurğulayıb ki, Putinin iyirmi beş illik hakimiyyəti dövründə Ukraynada demokratik seçkilər yolu ilə üç dəfə prezident dəyişib, hətta Donald Tramp ikinci dəfə Ağ Evə qayıtmağa macal tapıb:
 
"Demokratiya və legitimlik belə görünür. Putinə gəlincə, o, hakimiyyəti qəsb edib, Rusiya Konstitusiyasını tapdalayıb, bütün siyasi rəqiblərini ya öldürüb, ya da həbs etdirib, azad medianı məhv edib, özünü saxta seçkilərlə hakimiyyətdə saxlayıb və artıq Stalindən də uzun müddət iqtidarda qalıb. İndi isə bu adam dünyaya legitimlik dərsi keçməyə çalışır. Bizdən əl çəkin".
 
Sibiga əlavə edib ki, yeganə şübhə altına alına biləcək legitimlik Moskvadakı diktatorundur. "O, hakimiyyətdə olduğu müddətdə doğulmuş iyirmi yaşlı gəncləri top yeminə çevirir."
 
Putinin Zelenski ilə bağlı bəyanatı
 
Xatırladaq ki, bundan öncə Kreml rəhbəri Moskvanın Ukrayna prezidenti ilə sülh müqaviləsi imzalamayacağını bildirib, çünki o, guya, qeyri-legitimdir.
 
Məlum olduğu kimi, Ukraynada hərbi vəziyyət davam etdiyi müddətdə prezident seçkiləri keçirilmir. 2023-cü ilin payızında Ali Radadakı bütün siyasi qüvvələr seçkilərin yalnız hərbi vəziyyət bitdikdən sonra baş tutması ilə bağlı razılığa gəlib.
Link kopyalandı!
Son xəbərlər