Ekskluziv
302
15:43, Bu gün

"Cəbhə doğru istiqamətdə getməsə də, Ukrayna müharibəni uduzmur" - NATO baş katibi

 
"Ukraynanın müttəfiqləri, nəhayət, güc mövqeyi tutmalı və Avropada Rusiyanın işğalı altında olan dünyanı təsəvvür etməlidir..."
 
Ukrayna Rusiya Federasiyasına qarşı müharibəni uduzmur, baxmayaraq ki, hazırda "cəbhə doğru istiqamətdə hərəkət etmir".
 
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte "Bild" nəşrinə müsahibəsində bəyan edib.
 
"Cəbhə doğru istiqamətdə getmir. Amma hansı qiymətə? Rusiyalılar hər gün 1000-1500 nəfər itirir- ya ölür, ya da ağır yaralanır. Və buna baxmayaraq, onlar hədəflərinə çata bilmir. Bizim vəzifəmiz isə onların bu hədəflərə heç vaxt çatmamasını təmin etməkdir. Ona görə də yox, Ukrayna uduzmur. Biz onu güc mövqeyi tutmaq üçün dəstəkləməliyik", - Rütte bildirib.
 
Baş katib əlavə edib ki, müəyyən silah sistemlərinin tədarükü ayrı-ayrı ölkələrin qərarlarından asılıdır. O vurğulayıb ki, prinsip etibarilə müttəfiqləri Ukraynaya maksimum müdafiə gücü verəcək silah sistemləri təqdim etməyə çağırır.
 
"ABŞ birinci, Almaniya isə ikinci yerdədir", - baş katib Ukraynaya kömək etməli olan əsas ölkələri sadalayıb.
 
"Biz hamımız sülh istəyirik, lakin təsəvvür edin ki, Ukrayna bu müharibəni uduzsa nə baş verəcək. O zaman biz Rusiyanın işğalı altında olan bir sülhlə qarşılaşacaq. Bu, dəhşətli bir vəziyyət olacaq. Biz həmişə Rusiyadan müdafiə olunmağı bacarmalıyıq. Buna görə də siyasətçiləri və bankları müdafiə sənayesinə daha çox sərmayə qoymağa məcbur etmək lazımdır. Bu, çox vacibdir", - Rütte bildirib. O, Putinə qarşı sadəlövhlük göstərməməyə və gələcəkdə Rusiya ilə sülhə ümid bağlamamağa çağırıb.
 
"Bucada baş verənlərə baxmaq kifayətdir. Buna görə də, əgər sülh razılaşması əldə olunarsa, o, dayanıqlı olmalıdır. Biz elə etməliyik ki, Rusiya bir daha Ukraynanın heç bir kvadrat kilometrini işğal edə bilməsin", - Rütte əlavə edib.
 
O, qeyd edib ki, bunun üçün Ukraynanın mümkün qədər ən yaxşı vəziyyətdə olması təmin edilməlidir, yəni ona silah tədarükünü davam etdirmək və ukraynalı hərbçiləri hazırlamaq lazımdır. "Və əgər bir gün onlar sülh danışıqları aparmaq istəsələr, Putini danışıqlar masasına oturtmalıdırlar. Amma bu danışıqların necə davam edəcəyini sizə dəqiq deyə bilmərəm", - Rütte fikirlərini bölüşüb.
 
Ukrayna və Rusiya arasında mümkün danışıqlar
 
Prezident Vladimir Zelenski ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan aparılan müharibə ilə bağlı danışıqların "çox təhlükəli" olacağını bildirib. O, ABŞ Prezidenti Donald Tramp administrasiyasının müharibəni dayandırmaq üçün Rusiya ilə "çox ciddi" danışıqlar apardığını bildirməsinə münasibət bildirib.
Link kopyalandı!
Son xəbərlər