“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Ekskluziv
1014
12:55, Bu gün

“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”

Vahid Əhmədov: “Terrorçuların qısa zamanda zərərsizləşdirilməsi xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Nəticədə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan terror şəbəkəsi zərərsizləşdirilib, onların Qusar meşələrindəki yeraltı sığınacaqları, silah-sursat anbarları de-şifrə edilib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Vahid Əhmədov, baş verənləri dövlətçiliyimizin və təhlükəsizliyimizin qorunması baxımından mühüm hadisə kimi dəyərləndirib:

 

“Qusarda beynəlxalq terror təşkilatları ilə əlaqəli olan dini-ekstremist qruplaşmanın müəyyən edilərək zərərsizləşdirilməsi Azərbaycan dövləti adına böyük uğur, böyük müvəffəqiyyətdir.

 

Hər şeydən öncə qeyd edək ki, baş verənlər Azərbaycan və Qafqaz uğrunda qlobal güclərin apardığı amansız mübarizənin təzahürüdür. Bu fakt bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni status-kvonu dəyişməkdə, Azərbaycanın sürətli yüksəlişinin qarşısını almaqda maraqlı olan beynəlxalq güclər var. Onlar müxtəlif terror təşkilatlarının vasitəsi ilə Azərbaycanda daxili vəziyyəti gərginləşdirmək, cəmiyyətdə xof yaratmaq, bununla da öz məqsədlərinə çatmaq, öz istəklərini diktə etmək istəyirlər. Qusarda zərərsizləşdirilən dini-ekstremist qruplaşmanın beynəlxalq terror təşkilatları ilə əlaqəsi də bundan xəbər verir.

 

Terror şəbəkəsinin DTX və DİN tərəfindən müəyyən edilərək çevik şəkildə zərərsizləşdirilməsi dövlətimizin ayıq-sayıqlığının, əlaqədar dölvlət qurumlarının peşəkarılğından göstəricisidir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanın xüsusi xidmət orqanları öz vəzifəsinin öhdəsindən layiqincə gəlir və təhlükəsizliklə bağlı hər cür təhdidi vaxtında ortadan  qaldırmağı bacarır. Biz buna görə DTX əməkdşalarına təşəkkür edir, minnətdarlığımızı bildiririk.

 

Bununla yanaşı, bu fakt bir daha sübut edir ki, dövlətçiliyimizin keşiyində kimliyindən, sosioal statusundan asılı olmayaraq, hər bir vətəndaş ayıq-sayıq dayanmalı, terror təşkilatlarına, dini-ekstremist qruplaşmalara qarşı mübarizədə güc orqanlarımıza dəstək verməlidir. Yalnız vətəndaşlarla dövlətin birliyi, birgə fəaliyyəti bizi bu cür böyük təhlükələrdən sığortalaya, dövlətçiliyimizin və suverenliyimizin qorunmasına töhfə verə bilər.

 

Biz daha güclü Azərbaycan üçün dövlət başçısınn ətrafında sıx birləşməkdə davam etməli, düşmənlərimizə qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməliyik. Bunun xaricində bizi zəfərə, tərəqqiyə, uğura aparan başqa yol yoxdur”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər