Polis jurnalisti
Ekskluziv
589
08:18, Bu gün

Polis jurnalisti "Feysbuk"da “Mən bu sistemə etibar etmirəm” yazısına görə həbs etdi...

“Mirian Berulava ilə həmrəylik” – bu şüarla yerli jurnalistlər Gürcüstanın Kutaisi şəhərində- İmereti regional polis idarəsi yaxınlığında aksiya keçiriblər.
 
Moderator.az-ın "Qruziya Onlayn" nəşrinə istinadla verdiyi xəbərə görə, media nümayəndələri qanunsuz həbsdə olan jurnalistlə həmrəy olduqlarını bildiriblər və onun dərhal azadlığa buraxılmasını tələb ediblər.
 
Mirian Berulava dünən, fevralın 1-də saxlanılıb. O, Samtredia təcridxanasındadır.
 
Vəkil iddia edir ki, polis Mirianın "Facebook"-dakı “Mən bu sistemə etibar etmirəm” yazısını təhqir hesab edib və buna görə də onu 173-cü inzibati maddə ilə həbs edib.
 
Bundan əlavə, o, Kutaisidə davam edən etiraz aksiyalarında fəal iştirak edib.  Qeyd edilir ki, Berulava uzun illər yerli televiziyada çalışıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər