"Putin sona qədər müharibə aparmaq istəyir..."
Kreml açıq-aşkar yaxın aylarda müharibəni bitirməyi planlaşdırmır, çünki Rusiya Baş Qərargahı yay aylarınadək, bəlkə də payıza qədər davam edəcək əməliyyatlar planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
"Rusiya komandanlığı, çox güman ki, Rusiya prezidenti Vladimir Putinin yaxın zamanda Ukraynadakı müharibəni dayandırmaq niyyətində olmadığını ya bilərəkdən, ya da bu ehtimala əsaslanaraq hərəkət edir", - analitiklər bildirir.
Onların Bu qənaətə gəlmələrinə xüsusən rus qüvvələrinin Kupyansk-Borovaya-Liman xəttindəki fəallığı səbəb olub. Kupyanskı mühasirəyə almaq və Xarkov vilayətində digər əraziləri ələ keçirmək cəhdləri, demək olar ki, işğalçılardan aylarla davam edəcək səylər tələb edəcək.
Onların təxminən 30 kilometr irəliləməsi və bu yolda bir sıra kiçik yaşayış məntəqələrini ələ keçirməsi lazımdır, eyni zamanda Oskol çayı üzərindən logistikanı dəstəkləməlidir.
Ukrayna və Rusiya hərbi bloqerləri ehtimal edir ki, Rusiya komandanlığı cənubda Kupyanska, şimalda isə Volçanskaya qədər uzanan davamlı cəbhə xətti yaratmaq məqsədilə Velikiy Burluk şəhərini ələ keçirməyi planlaşdıra bilər.
Hazırda Rusiya qüvvələri Velikiy Burlukdan 30-35 kilometr məsafədədir və ISW-nin hesablamalarına görə, bu şəhərə doğru yavaş və tükəndirici irəliləyiş üçün onlara yarım ildən bir ilə qədər vaxt lazım ola bilər.
"Rusiya komandirləri, görünür, Ukraynada irəliləyişlərinin sürəti və ardıcıllığı barədə narahat deyil, çünki ehtimal ki, inanırlar ki, müharibə Rusiyanın Ukraynanı hərbi yolla məğlub edəcəyinə qədər davam edəcək", - analitiklər bildirir.
Putinin ictimai bəyanatlarını təhlil edən ISW belə qənaətə gəlib ki, Rusiya diktatoru Ukraynada tədricən, sürünən irəliləyişə əsaslanan və sonsuza qədər davam edə biləcək bir qələbə nəzəriyyəsi formalaşdırıb.
Danışıqlarda isə ya ona hər şeyi verməyi tələb edəcək, ya da zamanla hərbi yolla bunu əldə edəcək. Rusiyanın hərbi komandanlığı da açıq şəkildə öz planlarını məhz bu mövqedən çıxış edərək qurur, - analitiklər vurğulayır.
Ukrayna müharibəsi: son xəbərlər
Bundan öncə xəbər verilib ki, yanvar ayında Rusiya Ukraynanın 325 kvadrat kilometr ərazisini işğal edib. Bu, avqust-noyabr aylarında rusların ələ keçirdiyi ərazilərdən əhəmiyyətli dərəcədə azdır və dekabr ayındakından bir qədər aşağıdır.
Bundan başqa, yanvar ayında rusların Ukrayna üzərinə rekord sayda-2599 ədəd "Shahed" dronu buraxdıqları bildirilir. Orta hesabla gündə 77 "Shahed" buraxılıb. Bununla belə, Ukrayna Müdafiə Qüvvələri onların 96 faizini vurmağa müvəffəq olub.