“Tariximizin və qəhrəmanlarımızın təbliği bütün sahələrdə həyata keçirilməlidir”
Ekskluziv
976
12:41, Bu gün

“Tariximizin və qəhrəmanlarımızın təbliği bütün sahələrdə həyata keçirilməlidir”

“Tariximizin və qəhrəmanlarımızın təbliği bütün sahələrdə həyata keçirilməlidir”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti vurğulayıb ki, bu məsələdə kompleks təbliğat daha effektiv nəticə verir:

 

“Azərbaycanın zəngin qəhrəmanlıq tarixi, böyük qəhrəmanları mövcuddur. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin anti-terror əməliyyatında biz buna bir daha şahid olduq.

 

Bu gün və eləcə də bütün zamanalr üçün bizim qarşımızda duran ən aktual məsələlərdən biri milli tariximizin, qəhrəmanlarımızın təbliği, onların gənclərə tanıdılmasıdır. Bu təbliğat işi sadəcə bir sahədə deyil, bütün sahələrdə həyata keçirilməlidir. Kino, musiqi, teatr tamaşası, bədii əsərlər, heykəltəraşlıq, rəsm və digər sahələrdə biz bunun təbliğini həyata keçirməliyik. Yalnız belə olan halda biz ciddi, ürəkaçan nəticəyə şahid ola bilərik. Əks təqdirdə, pərakəndə, nadir, bir sahədə yürdülən təbliğatla istənilən nəticəni əldə etmək mümkün deyil”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər