Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu...
Ekskluziv
507
01 Feb 2025 | 22:19

Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu...

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla onun ayrılmaz parçası olan Naxçıvanı birləşdirəcək mümkün dəmir yolu əlaqəsi ilə bağlı açıqlama verəb. Paşinyan qeyd edib ki, “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Biz maneəsiz keçidə qarşı deyilik, amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil”.

 

Paşinyanın sözügedən açıqlamasında diqqət çəkən ən mühüm məqam onun Azərbaycan yox, “Azərbaycanın qərb hissəsi” ifadəsini işlətməsidir. Bəs niyə Paşinyan bu mövzudakı açıqlamasında “Azərbaycan” və ya “Qərbi Azərbaycan” yox, “Azərbaycanın qərb hissəsi” ifadəsini işlədir?

 

Bu, Paşinyanın “Qərbi Azərbaycan” ifadəsi qarşısında duyduğu qorxu və təlaşdan, bu ifadəni siyasi platformada unutdurmaq istəyindən qaynaqlanır. Xatırladaq ki, Paşinyan ötən ay facebookdakı hesabında yazmışdır: “Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz”.

 

Göründüyü kimi, Paşinyan “Qərbi Azərbaycan” anlayışını əslində olduğu kimi yox, özünə sərf  edən formada təqdim etməyə çalışır. Lakin hər kəsə məlumdur ki, Qərbi Azərbaycan Paşinyanın iddia etdiyi kimi Laçın, Kəlbəcər, Qubadlı yox, Göyçə, Zəngəzur, İrəvan və s. ərazilərdir. Hansı ki, indiki Ermənistanın nəzarəti altında olan bu ərazilərə azərbaycanlıların qayıdışı günümzün ən aktul məsələlərdən biridir. Paşinyan məhz “Qərbi Azərbaycan” ifadəsini “Azərbaycanın qərb hissəsi” ifadəsi ilə əvəzləməklə, öz aləmində siyasi tryuk etməyə cəhd edir. Lakin Paşinyanın nə deməyindən asılı olmayaraq, “Qəbi Azərbaycan” ifadəsinin mahiyyəti, bu ifadənin hansı tarixi ərazilərimizi əhatə etdiyi hər kəsə məlumdur. Bu da məlumdur ki, Azərbaycan Qarabağa qayıdışı təmin etdiyi kimi, Qərbi Azərbaycana da qayıdışı təmin edəcək, vaxtiylə ermənilər tərəfindən öz dədə-baba torpaqlarından qovulan soydaşlarımız yenidən doğma diyarlarına dönməyin sevincini yaşayacaqlar.  

 

İkincisi, Naxçıvanla ana torpaq arasındakı dəmir yolu Paşinyanın iddia etdiyi kimi, Naxçıvanla ölkəmizin sadəcə hər hansı bir hissəsini deyil, bütün Azərbaycanı birləşdirəcək, bu dəmir yolu bütün ölkənin inkişafına, yüksəliş və tərəqqisinə töhfə verəcək.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər