ABŞ-ın Hərbi Hava Qüvvələrində üzə çıxan və qısa zamanda aktuallaşan “raket xərçəngi” problemi bütün nüvə dövlətlərində ciddi narahatlığa yol açıb. Buna səbəb nüvə raketlərinin mühafizəsi ilə məşğul olan şəxslərin xərçəng xəstəliyinə tutulması, bu səbəbdən də hərbçilər arasında bu vacib missiyaya kimsənin maraq göstərməməsidir.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, hazırda məlum problem və onun doğurduğu fəsadlar Ağ Ev və Pentaqonda ciddi müzakirələrə yol açıb. Nüvə raketlərinin mühafizəsi ilə məşğul olan şəxslərin təhlükəsizliyi, “raket xərçəngi”nə düçar olan şəxslərə yüksək kompensasiyaların ayrılması konqresmenlıər tərəfindən də mütəmadi şəkildə gündəmə gətirilir.
ABŞ-da ortaya çıxan məlum problem digər nüvə dövlətləri tərəfindən də narahatlığa səbəb olub. Artıq bəzi nüvə dövlətləri bu raketlərin mühafizəsi və daşınması ilə məşğul olan hərbçiləri tibbi müayinələrə cəlb edib. Bəzi hərbi ekspertlər hesab edir ki, əgər nüvə raketlərinin təhlükəsiz şəraitdə mühafizəsi problemi öz həllini tapmasa, bu, ordu daxilində psixoloji gərginliyi və ictimai qəzəbi artıracaq.
Seymur ƏLİYEV