“İtirməyə o qədər öyrəşiblər ki, bu, onlar üçün gündəlik həyatın tərkib hissəsinə çevrilib”
Ekskluziv
305
10:55, Bu gün

“İtirməyə o qədər öyrəşiblər ki, bu, onlar üçün gündəlik həyatın tərkib hissəsinə çevrilib”

“44 günlük Vətən müharibəsindən 4 ildən çox vaxt keçib və bu 4 ildə törətdiyi təxribatlardan Ermənistan ancaq ziyan görüb, itkilər verib”.

 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Millət vəkili qeyd edib ki, Ermənistanın sülhü süni şəkildə uzatması, ölkəmizə qarşı mütəmadi təxribat siaysəti onu iqtsiadi baxımdan iflic vəziyyətinə salıb:

 

“Ermənistan 4 ildir ki, müxtəlif təxribatlarla bölgədəki status-kvonui dəyişməyə çalışır. Halbuki, Vətən müharibəsindən sonra regionda formalaşan yeni status-kvonun dəyişilməz olduğu birmənalıdır. Ancaq görünür, İrəvan hələ də bu həqiqəti dərk etmək istəmir. Törətdiyi hər bir təxribat onu yeni itkilərlə üz-üzə qoyur. Buna baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmək istəmir. İrəvan itirməyə o qədər öyrəşib ki, bu, onlar üçün gündəlik həyatın tərkib hissəsinə çevilib. Apardığı təxribatçı siyasət nəticəsində bütün beynəlxalq layihələrdən kənarda qalan Ermənistan iqtisadi baxımdan iflic vəziyyətinə düşüb və dərin böhan içindədir. Əgər Ermənistan təxribatçılıq siyasətini davam etdirəcəksə, bu, ona yeni itkilər hesabına başa gələcək və onsuz da pis olan vəziyyətini daha da ağırlaşdıracaq”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər