Rusiya ombudsmanı gözlənilmədən Kurskda döyüşən Ukrayna hərbçilərini təriflədi...
Ekskluziv
501
08:18, Bu gün

Rusiya ombudsmanı gözlənilmədən Kurskda döyüşən Ukrayna hərbçilərini təriflədi...

Moskalkova rus siyasətçilərini ukraynalıları “şər imperiyası” kimi görməməyə çağırdı...
 
Kursk vilayətindəki ukraynalı hərbçilər yerli sakinlərin təxliyyəsinə kömək edib, onlara yemək gətirib və “son yeməklərini onlarla bölüşüblər”.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dövlət Dumasında keçirilən dəyirmi masada Rusiyanın insan hüquqları üzrə müvəkkili(ombudsman) Tatyana Moskalkova danışıb.
 
Rusiya ombudsmanı vurğulayıb ki, onlara “işğal olunmuş” ərazilərdən Rusiyaya getməyə köməklik göstərən Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri haqqında Kursk vilayətinin sakinləri “fərqli” hekayələr danışırlar.
 
“Ukrayna hərbçiləri onları Sumıya aparıblar, Sumıdan isə Belarus vasitəsilə Rusiyaya ötürüblər – müxtəlif hekayələr nəql ediblər. Onlar ukraynalı əsgərlərin onlara yemək gətirməsi və son yeməklərini bölüşməsi haqqında hadisələr danışıblar.
 
Biz özümüzü insanlıqdan çıxarıb ukraynalıları yalnız “şər imperiyası” kimi görməməliyik. birdən Ukraynalılar müxtəlifdir", - deyə Rusiya ombudsmanı gözlənilmədən vurğulayıb.
 
Düzdür, Rusiya məmuru guya Kursk vilayətində döyüşən və  “onlar üçün heç nə müqəddəs deyil” kimi xatırlatdığı mifik “muzdluları” da demək olar ki, dərhal xatırladıb. Lakin onun sözlərinə görə, Ukrayna hərbçiləri Kursk vilayətinin mülki əhalisini "bu dəhşətli muzdlu əsgərlərdən” də qoruyub.
 
S.Laçın

 

Link kopyalandı!
Son xəbərlər