“Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” sistemini inkişaf etdirmək dövlətimizin əsas hədəflərindəndir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, bu cür addımlar ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişafı üçün də ciddi töhfədir:
“Işğaldan azad edilən ərazilərimizdə yaşıl enerjidən istifadə olunur. Alternativ mənbələrdən əldə edilən enerji hesabına enerji tələbinin ödənilməsi həyata keçirilir. Bu konteksdə Kəlbəcər, Laçın və Ağdərədə yeni SES-lərin inşası həm işğaldan azad edilən ərazilərdə enerjiyə olan tələbatın ödənilməsinə şərait yaradacaq, həm də ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişafına töhfə verəcək.
Məqsəd bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl zona”ya çevrilməsi, həmin modelin respublikamızın digər bölgələrində də reallaşdırılmasıdır”.
Seymur ƏLİYEV