Ekskluziv
510
13:52, Bu gün

"Kreml Trampı öz iradəsinə tabe etdirmək üçün səylər göstərir" - ISW

 
"Gələcək sülh danışıqlarında əsas məsələ ərazilər deyil, müharibənin əsas səbəblərinin aradan qaldırılması olmalıdır..."
 
Kreml ABŞ prezidenti Donald Trampı Rusiya diktatoru Putinin Ukrayna ilə bağlı tələblərini qəbul etməyə məcbur etmək üçün səylər göstərir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir.
 
Analitiklər Rusiya mediasının aparıcı qurumlarından biri tərəfindən yayımlanan, "Valday" diskussiya klubunun elmi direktoru Fyodor Lukyanovla müsahibəyə diqqət çəkib.
 
"Böyük anlaşmalara ümid etməyin" başlıqlı bu müsahibədə Putin və Tramp arasında gələcək danışıqların daxili və qlobal gözləntiləri müzakirə olunur.
 
Analitiklər izah edir ki, formal olaraq "Valday" Kremlin ruporları, rus və xarici alimlər, eləcə də rəsmilərin beynəlxalq məsələləri müzakirə etdiyi bir platformadır. Lakin əslində Kreml onu Qərbə təsir etmək üçün daim istifadə edir.
 
Lukyanovun şəxsiyyəti ilə bağlı analitiklər bildiri ki, o, Putinə yaxın şəxsdir və Rusiya Federasiyasının xarici siyasət hədəfləri üzrə "nüfuzlu ekspert" hesab olunur, baxmayaraq ki, rəsmi hakimiyyətdə heç bir vəzifə daşımır.
 
ISW vurğulayır ki, "Lukyanovun bu müsahibədəki bəyanatları Putin tərəfindən Ukrayna müharibəsinin bitməsi üzrə danışıqlarında sonrakı mövqeləri ilə üst-üstə düşür".
 
Analitikləri bildirir ki, müsahibə zamanı Lukyanov Ukrayna ilə gələcək sülh danışıqlarında "əsas" məsələnin ərazilər deyil, müharibənin "əsas səbəblərinin aradan qaldırılması" olduğunu deyib. O, bu səbəblər arasında NATO-nun Şərqi Avropaya ekspansiyasını qeyd edib.
 
Ukrayna ərazilərinə gəlincə, Rusiya hərbçiləri hazırda "nə qədər götürə bilsən, o qədər də sənindir" prinsipi ilə hərəkət edir və bu, Kremlin gələcək sülh danışıqlarında işğal olunmuş torpaqları Ukraynaya qaytarmaq niyyətində olmadığını göstərir.
 
"Lukyanovun müsahibəsi Kremlin Trampı Putinin tələbləri ilə, yəni Ukraynanın tam təslim olması və NATO-nun zəiflədilməsi ilə razılaşdırmağa yönəlmiş davamlı səylərini dəstəkləyir. Eyni zamanda, Putin özünü beynəlxalq arenada Trampa bərabər bir fiqur kimi göstərməyə çalışır", - analitiklər qeyd edir.
 
Rusiya ilə danışıqlar
 
Yanvarın 30-da Ukraynanın Böyük Britaniyadakı keçmiş səfiri və keçmiş xarici işlər naziri Vadim Prıstayko bəyan edib ki, Ukraynadakı müharibə ABŞ prezidenti Donald Tramp administrasiyasının digər məsələlərə diqqətini cəmləşdirməsinə mane olur. 
 
O, həmçinin Rusiya Federasiyasının Ukraynanın ərazi bütövlüyü ilə bağlı Konstitusiyasına dəyişikliklər edilməsini tələb edə biləcəyini vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər