“Onlar müharibəni sülhdən daha qazanclı hesab edir”
Ekskluziv
701
30 Jan 2025 | 20:46

“Onlar müharibəni sülhdən daha qazanclı hesab edir”

“Qərbdəki bəzi güclər Cənubi Qafqazda gərginliyin davam etməsində maraqlıdırlar. Onlar müharibəni sülhdən daha qaznclı hesab edirlər”.

 

Bunu Moderator.az-a açıqlamasında hquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşnas qeyd edib ki, Vətən müharibəsindən sonra Qərbin Cənubi Qafqazda sərgilədiyi siyasət bunu bir daha sübut edir:

 

“Vətən müharibəsindən sonra regionda mövcud olan status-kvo, təhlükəsizlik və sülh istiqamətində atılan addımlar Qərbdəki bəzi qüvvələri ciddi şəkildə narahat etməyə başladı. Məhz bu səbəbdən də Fransa kimi dövlətlər Ermənistanı revanşa, qarşıdurmaya təhrik edən addımlar atmaq, bəyanatlar səsləndirməklə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışdılar. Təəssflər olsun ki, Avropa İttifaqının monitorinq missiyası da bu fəaliyyəət qoşuldu. Onlar Ermənistan-Azərbaycan şərti sərhədində sülhdən daha çox qarşıdurmaya xidmət edən təxribat xarakterli fəaliyyət ortaya qoydular. Bu baxımdan missiyanın fəaliyyətinin daha iki il uzadılması arzuedilməzdir və bu, regiona yaxşı heç nə vəd etmir.

 

Hesab edirəm ki, missiya gələcək fəaliyyətində təxribat xarakterli addımlardan çəkinməli, Azərbaycanın maraq və mənafeyinə hörmətlə yanaşmalıdır. Bu, regionda sühün və sabitliyin təmini üçün vacib olan amillərdən biridir”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər