“Baş verənlər siyasi korrupsiyanın mövcudluğunun göstəricisidir”
Ekskluziv
865
30 Jan 2025 | 14:00

“Baş verənlər siyasi korrupsiyanın mövcudluğunun göstəricisidir”

Məlum olduğu kimi, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddəti 2027-ci il fevralın 19-dək uzadılıb.

 

Maraqlıdır, Azərbaycana qarşı açıq-aşkar təxribatçılıq siaysəti yürüdən missiyanın fəaliyyət müddətinin daha iki il uzadılması hansı mətləblərdən xəbər verir?

 

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Baş verənlər siyasi korrupsiyanın mövcudluğunun göstəricisidir. Erməni diasporu Cənubi Qafqz bölgəsində gərginlik və təxribatların olmasında maraqlıdır. Onlar çalışır ki, Ermənistan revanşist addımlar armaq üçün ciddi siyasi dəstəyə malik olsun. Onlar bu dəstəyi Avropa Birliyindən, ilk növbədə Fransadan gözləyirlər. Fransanın bu məsələdə Ermənistana ciddi dəstək verdiyi göz önündədir.

 

Bu mənada sülh və təhlükəsizliyə heç bir töhfə verməyən, əksinə, bölgədə müşahidə missiyası adı altında təxribatçı addımlar həyata keçirən Avropa İttifaqı missiyasının fəaliyyətinin daha iki il uzadılması arzuedilməzdir. Bu, Qərbdəki bəzi güclərin Cənubi Qafqaza müdaxilə etmək, buradakı mövcudluqlarını gücləndirmək niyyətini əks etdirir”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər