“Bu gün Ermənistan ordusunun real durumu deyilənlərdən çox uzaqdır...”- HƏRBİ EKSPERT
Ekskluziv
1457
30 Jan 2025 | 09:59

“Bu gün Ermənistan ordusunun real durumu deyilənlərdən çox uzaqdır...”- HƏRBİ EKSPERT

“Ona hətta ən böyük orduya və maliyyə gücünə malik ABŞ tərəfindən, Fransa, Hindistan və s. tərəfindən dəstək verilsə də, düşünmürəm ki, Ermənistan bir daha ağılsızlıq edib Azərbaycana qarşı hansısa addımlar atsın...”
 
“Mən hələ də o fikirdə qalıram ki, növbəti 5 il ərzində də Ermənistan ordusu heç 2020-ci ildəki 44 günlük savaşdan öncəki durumda da bərpa edilmək  iqtidarında olmayacaq.Və  erməni ordusu hazırda çox böyük çətinliklərlə baş-başadır.  Düzdü, Ermənistan öz ordusunu bərpa etmək üçün Fransadan, Birləşmiş Ştatlardan, Hindistandan, Yunanıstandan, Cənubi Koreyadan müxtəlif miqdarda silah və texnika alır.  Hətta mütəmadi aralarında ziddiyyətlər yaranan Rusiyadan da müəyyən dəstək  almağa çalışır. Amma bununla belə, Ermənistan ordusunun real durumu istədikləri səviyyədə deyil” 
 
Hərbi-siyasi ekspert Üzeyir Cəfərov bu fikirləri Moderator.az-a açıqlamasında “2020-ci ilin 44 günlük savaşında Qarabağda sarsıdıcı şəkildə məğlub etdiyimiz erməni ordusunun real durumu haqda nə deyə bilərsiz” sualını cavablandırarkən ifadə edib.
 
“Bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asriyan da  bildirdi ki, onların qarşısında duran əsas vəzifə sülh üçün hazırlaşmaq, delimitasiya və demarkasiya işlərini həyata keçirməkdir... Və Ermənistan ordusunun yaxın illərdə  hələ çox vəzifələri yerinə yetirməsi lazım olacaq. Onlar yetərincə təlimlər keçməlidir, müəyyən texniki təchizat və silahlandırma işlərini həyata keçirməlidirlər ki, normal bir vəziyyətə gəlsinlər. Bu gün Ermənistan ordusunun real durumu deyilənlərdən çox uzaqdır. Ona hətta ən böyük orduya və maliyyə gücünə malik ABŞ tərəfindən, Fransa, Hindistan və s. tərəfindən dəstək verilsə də, düşünmürəm ki, Ermənistan bir daha ağılsızlıq edib Azərbaycana qarşı hansısa addımlar atsın”, -deyə davamında ekspert diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər