"Bu ay bir neçə başqa neft emalı zavodlarına vurulan zərbələr Rusiyanın neft məhsullarının istehsalını 10 faizdən çox azaltmış ola bilər”, - materialda deyilir.
Müəllif qeyd edir ki, neftayırma zavodları təmir oluna bilsə də, Ukrayna həmişə hücuma daha çox pilotsuz təyyarə göndərə bilər.
Son illərdə Ukrayna sənayesi partlayıcı maddələri demək olar ki, 1300 km məsafəyə daşıya bilən uzun mənzilli zərbə vuran dronların müxtəlif modellərini hazırlayıb. Bəzi modellər 1600 km-dən çox məsafəni də qət etməyə qadirdir.
"Neft emalı zavodunun yenidən qurulmasının milyonlarla dollarlıq xərcləri ilə müqayisədə, bir dron, hətta bir dəstə dron da - ucuzdur. Ukraynalıların hücum dronlarına çevirdiyi "Aeroprakt A-22" idman təyyarələri təxminən 130.000 dollara satılır", - deyə Aks vurğulayır.
"Neft sənayesinə hücumlar Moskvanı əsas gəlir mənbəyindən məhrum etməyə yönəlmiş daha geniş Ukrayna strategiyasının bir hissəsidir. Beləliklə, Kiyev “Rusiyanın hərbi səylərini onların maliyyəsini kəsməklə boğmağa” çalışır. Ukrayna isə bu cür hədəflərə zərbələr endirməkdə davam etməkdə qərarlıdır", -"Forbes"in materialında belə deyilir.