“Bu cinayətlərdə Ermənistandan başqa da müqəssirlər var”
Ekskluziv
1821
29 Jan 2025 | 18:42

“Bu cinayətlərdə Ermənistandan başqa da müqəssirlər var”

Əliməmməd Nuriyev: “Ona dəstək verən dövlətlərin də məsuliyyət payı var”

 

“Xalqımıza qarşı törədilən soyqırımı cinayətlərində Ermənistan yeganə müqəssir deyil. Bu məsələdə ona dəstək verən dövlətlər olub ki, onların da törədilən cinayətlərdə məsuliyyət payı var”.

 

Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev bildirib. O, qeyd edib ki, bu gün Ermənistana dəstək verən ölkələr vaxtiylə onun vəhşiliklərinə də dəstək verib, xalqımıza qarşı ağır cinayətlərin törədilməsində dolayısı ilə də olsa iştirak ediblər:

 

“Bu gün Ermənistana havadarlıq edən dövlətlər var ki, onlar vaxtiylə İrəvanın xalqımıza qarşı törətdiyi cinayətləri dəstəkləyib, bu cinayətləri ört-basdır ediblər. Məhz həmin dövlətlər bu gün Azərbaycan haqqında yalan, böhtan kampaniyası aparır, erməni faşizmini yenidən dirçəltməyə çalışırlar.

 

Biz Ermənistanın cinayətləri ilə yanaşı, bu dövlətləri, onların xalqımıza qarşı cinayətlərini də ifşa etməli, həmin güclərin əsl simasını beynəlxalq ictimaiyyətə göstərməliyik. Dünya görməlidir ki, haqdan, ədalətdən, demokratiya və insan hüququndan danışan bu dövlətlər hansı cinayətlərə dəstək verib, hansı vəhşilikləri törədib”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər