DİQQƏT! Bir mənzilin bir neçə nəfərə satılmasını sadə üsulla müəyyən etmək olur - BELƏ YOXLAYIN
Ekskluziv
1985
29 Jan 2025 | 16:49

DİQQƏT! Bir mənzilin bir neçə nəfərə satılmasını sadə üsulla müəyyən etmək olur - BELƏ YOXLAYIN

Mənzil bazarında yeni tikilən binalara günü-gündən maraq çoxalır. Bu maraq o qədər güclüdür ki, bəzi insanlar tikintisinə yeni başlanılan binalardan da mənzil almaq üçün müraciət edirlər. Heç bir çıxarışı olmayan binadan mənzil alan vətəndaşlar bir çox hallarda aldanır. Belə ki, tikinti şirkətləri bəzən bir binanı bir neçə nəfərə satmış olmur. Bəs görəsən, aldanmamaq üçün nə etmək lazımdır?
 
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Moderator.az-a danışdı. 
 
"Artıq 30 ilə yaxındır ki, ölkəmizin böyük şəhərlərində yeni tikilən yaşayış binaları, çoxmənzilli binalar inşa olunur. Bu günə qədər yeni çoxmənzilli minlərlə yaşayış binası tikilərək vətəndaşlara təhvil verilib. Bu illər ərzində bir çox tikinti şirkətləri tərəfindən aldadılmış minlərlə vətəndaşlar var. Onların müxtəlif zamanlarda müxtəlif tikinti şirkətləri tərəfindən aldadılmış və zərərçəkmiş qismində aidiyyəti qurumlar tərəfindən tanınıb. 
 
Tikinti  şirkətləri illər əvvəl hansı qaydada mənzil satırdılarsa, bu gün də eyni qaydada satışlarını edirlər.  Belə ki, şirkət vətəndaşa əmlak alarkən alqı-satqı müqaviləsi təqdim edir.  Vətəndaş əgər pulu tam ödəyibsə, o zaman maliyyə arayışı verir. Əgər hissəli şəkildə ödənilirsə, ödədikləri məbləğ bitdikdən sonra vətəndaşa tikinti şirkəti tərəfindən maliyyə arayışı verilir. Yeni binalardakı mənzillərin heç bir rəsmi reyestri olmadığına görə istənilən tikinti şirkəti istənilən zaman vətəndaşı aldada bilər", - ekspert bildirib. 
 
Onun sözlərinə görə, hazırda ölkədə qaydalar tamamən dəyişib, vətəndaşları aldadan tikinti şirkətlərinin böyük bir qismi həbsxanadadır və onların şirkətləri əmlak bazarında rol oynaya bilmir:
 
"Bu gün hazırda mənzil tikən şirkətlərin əksəriyyəti etibar qazanıb. Təəssüflər olsun ki, yeni tikili binalarda evlərin alqı -satqısı elə şəkildə aparılır ki, orada reyestr olmadığına görə vətəndaşlar aldadıla bilər. Bu cür fırıldaqçıların olmaması üçün vətəndaşlar maksimum çalışırlar ki, çıxarışlı mənzillər alsınlar.
 
Artıq paytaxt Bakının Baş Planı hazırlanıb. Bu baxımdan, paytaxt ərazisində yeni tikililər inşa olunacaq. Yeni binalar inşa edən şirkətlər əmlak bazarında alıcı qüvvəsini hesablayır. Əmlak bazarında alıcı qüvvəsi yetəri qədərdirsə, onda tikintiyə başlayırlar.
 
İstənilən halda əmlakın satılmasında reyestr aparılmalıdır. Əgər reyestr aparılarsa,  vətəndaşlarda əminlik yaranar. Vətəndaş tikilməkdə olan binadan mənzil alarkən o mənzil haqqında məlumat əldə edə bilmir. Məcburən tikən şirkətin özəl keyfiyyətləri ilə maraqlanır, vətəndaşları aldadıb-aldatmadığını öyrənir. Ölkəmizdə tikinti sahəsi inkişaf etsə də, mənzillərin satışı ilə bağlı heç bir yenilik, elektron sistem olmadığına görə vətəndaşlar bu günə qədər hər hansı binadan mənzil alarkən tərəddüd içində olurlar. Belə məqamda vətəndaşlar hüquqşünaslara müraciət etsinlər. Yalnız bu şəkildə sənədlərin düzgün yoxlanılmasına nail ola bilərlər və aldanmazlar".
Link kopyalandı!
Son xəbərlər