"Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bununla belə, nikah müqaviləsi mülki müqavilələrdən fərqli müəyyən xüsusiyyətlərlə səciyyələnir ki, bu da öz əksini ölkəmizin ailə qanunvericiliyində tapmışdır. Yəni nikah müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.
Bununla bağl cərimə tətbiq olunması mümükün deyil. Ona görə ki, bu məcburi xarakter daşımır. Bu səbəbdən hər hansı formada cərimə tətbiq oluna bilməz. Əgər qanunvericiliyə dəyişiklik olunsa ki, nikah müvailəsinin bağlanması məcburi xarakterlidir. Bu halda əgər nikah müqaviləsi bağlamasalar bununla bağlı məsuliyyət nəzərdə tutula bilər. İndiki halda cərimə mümkün deyil".