Ailə qurarkən nikah müqaviləsi bağlamayanlar cərimələnə bilərmi? - BU HALDA...
Ekskluziv
1739
29 Jan 2025 | 11:52

Ailə qurarkən nikah müqaviləsi bağlamayanlar cərimələnə bilərmi? - BU HALDA...

Ailə Məcəlləsində nikaha daxil olanlara nigah müqaviləsinin bağlanması tövsiyə olunur. Lakin mental dəyər səbəbilə gənclər və onların valideynləri nikah müqaviləsindən qaçırlar.
 
Dədə- babarımızdan bizə miras qalan nikah müqaviləsi bu gün nə qədər vacibdir? Bəs görəsən  bu gün ailə qurarkən  nikah müqaviləsi  bağlamayanlar cərimələnə bilərmi? 
 
 
 Mövzu ilə bağlı Vəkillər Kollegsiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı. 

 

"Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bununla belə,  nikah müqaviləsi mülki müqavilələrdən fərqli müəyyən xüsusiyyətlərlə səciyyələnir ki, bu da öz əksini ölkəmizin ailə qanunvericiliyində tapmışdır. Yəni nikah müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.

Bununla bağl cərimə tətbiq olunması mümükün deyil. Ona görə ki, bu məcburi xarakter daşımır. Bu səbəbdən hər hansı formada cərimə tətbiq oluna bilməz. Əgər qanunvericiliyə  dəyişiklik olunsa ki,  nikah müvailəsinin bağlanması məcburi xarakterlidir. Bu halda əgər nikah müqaviləsi bağlamasalar  bununla bağlı məsuliyyət nəzərdə tutula bilər. İndiki halda cərimə  mümkün deyil". 

Link kopyalandı!
Son xəbərlər