Qarabağda susan silahlar sosial mediada necə dil açıb: Təhlükəli statistika!
Ekskluziv
1719
29 Jan 2025 | 11:23

Qarabağda susan silahlar sosial mediada necə dil açıb: Təhlükəli statistika!

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər erməni faşizmi ilə yanaşı, İrəvanın himayədarlarına da ölümcül zərbə oldu. Azərbaycana qarşı topla, tüfənglə qalib gələ bilməyən düşmənlər, 8 Noyabr zəfərindən sonra xalqımızla mübarizə taktikasını əhəmiyyətli dərəcədə dəyişdi. Belə ki, bu kəs sosial şəbəkələr, internet resursları anti-Azətbaycan qüvvələrinin dövlətimizlə mübarizə meydanına çevrildi.

 

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bununla bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. Məlumatda deyilir:

 

“Kampaniyaya 300-dən çox hesab cəlb edilmişdir ki, onların da 124-ü Feysbukda, 67-si İnstaqramda, 67-si Teleqramda, 32-si Yutubda, 10-u X-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər. Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanıb”.

 

Statistikadan da məlum olduğu kimi, anti-Azərbaycan qüvvələrinin sosial mediadakı fəaliyyəti kifayət qədər geniş və çoxşaxəlidir. Ən təhlükəli məqamlardan biri isə bütün bu qüvvələrin  əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi ilə bağlıdır.

 

Dövlətimizə düşmən olan müxtəlif qüvvələrin Azərbaycana qarşı mübarizədə bir araya gələrək koordinasiya halında fəaliyyət göstərməsi, harada yaşamasından, sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlının dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşməsini ikiqat zəruri edir. Biz 44 günlük Vətən müharibəsi nəticəsində düşmənin Qarabağda susdurulan silahlarının sosisal mediada yenidən dil açmasının qarşısını almalı, bu “silahların” dövlətimizə zərrə qədər də olsun zərər verməsinə imkan verməməliyik. Unutymamalıyıq ki, müasir dünyamızda media və sosial media ən  böyük mübarizə platformasıdır və bu platformada məğlub olmağın nəticəsi bəzən qanlı hərb meydanında məğlub olmağın nəticəsindən daha acınacaqlı olur.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər