ABŞ Federal Məhkəməsi Trampın xarici yardımı dondurmaq qərarını blokladı...
Ekskluziv
1734
29 Jan 2025 | 08:29

ABŞ Federal Məhkəməsi Trampın xarici yardımı dondurmaq qərarını blokladı...

ABŞ Federal Məhkəməsi Trampın xarici yardımı dondurmaq qərarını dayandırıb.
 
Yekun qərar fevralın 3-də veriləcək...
 
ABŞ-nin Vaşinqtondakı federal hakimi prezident Donald Trampın 3 trilyon dollarlıq qrant və kreditlərin dondurulmasına dair addımını əngəlləyib.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
 
Bundan əlavə, 22 ştatın və Kolumbiya dairəsinin baş prokurorları tərəfindən məhkəməyə baxılır və onlar yekun yoxlamaya qədər Trampın qərarını əngəlləmək niyyətindədirlər.
 
“Biz müştərilərimizə Tramp administrasiyasının tələsik və düşünülməmiş hərəkətləri nəticəsində yaranan xaosu aradan qaldırmaq üçün vaxt verəcək bu inzibati fasiləyə görə minnətdarıq”, - "Democracy Forward"-ın prezidenti və baş direktoru Skay Perriman bildirib.
 
Qərar,= federal hakimin Trampın öz səlahiyyətləri ilə bağlı geniş şərhini dayandırmaq və mühakiməni davam etdirməyə imkan vermək üçün ikinci dəfə addım atması ilə əlamətdar olub. 
 
Bundan əvvəl ABŞ-nin Ukrayna da daxil olmaqla, demək olar ki, bütün beynəlxalq yardım proqramlarını dayandırdığı bildirilirdi.
 
Xəbərdə deyilir ki, hakim, "Democracy Forward" (“Demokratiya irəli”) fəal qrupunun iddiasına cavab olaraq Ağ Ev qərarının dayandırılmasına göstəriş verib.
 
P.S. Məhkəmə belə olar...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər