Bizi sosial şəbəkələrdən izləyin:
Nijni Novqorod vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft emalı zavodunda genişmiqyaslı yanğın başlayıb.
Moderator.az "24kanal"-a istinadla xəbər verir ki, Kstovo şəhərindəki “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavodu pilotsuz uçuş aparatları ilə vurulub.
İnternet yanğının böyük bir ərazini əhatə etdiyini göstərən videolarla doludur. Yerli hakimiyyət orqanları hücumla bağlı açıqlama verməyib.
Bu arada Smolensk vilayətinin qubernatoru Vasili Anoxin “mülki obyektlərə” iri pilotsuz təyyarə hücumu barədə məlumat verib.
Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri “nüvə energetikası obyektinə hücum etmək istəyərkən” PUA-lardan birini vurub.
Tver vilayətində isə Toropetski rayonuna PUA basqını barədə məlumat veriblər. KİV-in məlumatına görə, orada “Tvernefteproduct” neft anbarı və Rusiyanın silah arsenalı yerləşir.
S.Laçın