ABŞ-ın bu addımı Ukraynanı məğlubiyyətə bir addım, bəlkə daha çox yaxınlaşdıracaq...
Ekskluziv
1668
28 Jan 2025 | 22:19

ABŞ-ın bu addımı Ukraynanı məğlubiyyətə bir addım, bəlkə daha çox yaxınlaşdıracaq...

“ABŞ-ın Kiyevə hərbi-maliyyə yardımını dayandırması Rusiyaya Ukrayna qarşısında ciddi psixoloji üstünlük qazandıracaq”.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşr bildirib ki, belə bir addım Rusiyanın Ukraynaya qarşı daha inamla mübarizə aparmasını stimullaşdıracaq:

 

“Hamıya məlumdur ki, Rusiyaya qarşı mübarizədə Ukraynaya əsas dəstəyi məhz ABŞ verib. ABŞ-ın göstərdiyi mütəmadi və irimiqyaslı hərbi yardımlar Ukraynaya imkan verdi ki, Rusiya işğalına qarşı mübarizəsini davam etdirsin. Lakin Trampın hakimiyyətə gəlişindən sonra Ağ Ev Ukraynaya yardımı dayandırmaq haqqında düşnür ki, bu da Ukrayna üçün ağır nəticələrə səbəb ola bilər.

 

Avropanın ötən dövrlərlə müqayisədə Ukraynanın müdafiəsi üçn daha çox vəsait ayırmasına baxmayaraq, Kiyevin bu gün də ABŞ-ın dəstəyindən ciddi şəkildə asılı olduğu birmənalıdır. Belə olan təqdirdə ABŞ-ın bu dəstəyi dayandırması Rusiyaya hərbi əməliyyatlarda mühüm üstünlük qazandıracaq. Bu, eyni zamanda Rusiyanın Ukrayna qarşısında psixoloji üstünlüynü də artıracaq, rus ordusunun daha inamla döyüşməsini stimullaşdıracaq. Çünki Rusiya da yaxşı başa düşür ki, ABŞ-ın dəstəyindən məhrum olan Ukrayna məğlubiyyətə hər zamankından bir addım, bəlkə  daha yaxımdır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər