Ekskluziv
1525
28 Jan 2025 | 21:07

"Bayden administrasiyası Putini öldürməyə cəhd edib" - Taker Karlson

"Bu, ağılsızlıqdır, Rusiya kimi mürəkkəb ölkəni kim idarə edəcəkdi və onun nüvə ehtiyatlarının taleyi necə olacaqdı?.."
 
ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası Vladimir Putini aradan götürmək niyyətində olub.
 
Moderator.az xəbər verir ki, bu barədə tanınmış amerikalı jurnalist Taker Karlson siyasi şərhçi Mett Tabbi ilə söhbətində bəyan edib. Məlumatı "vot-tak.tv" nəşri yayıb. 
 
Takker Karlson bəyan edib ki, Vladimir Putini öldürmək təşəbbüsündə ABŞ-ın keçmiş Dövlət katibi Entoni Blinken israr edib və bu ideyanı Ağ Ev dəstəkləyib.
 
"Entoni Blinken, məsələn, Putini öldürməklə həqiqi müharibə aparmağa çalışıb. Bayden administrasiyası nə edib? Onlar Putini öldürməyə çalışıb", - Karlson bildirib.
 
O, keçmiş prezidentin komandasının bu cəhdini tənqid edib, lakin dediklərini təsdiqləyəcək detalları və sübutları təqdim etməyib. Karlson həmçinin vurğulayıb ki, ABŞ hakimiyyətinin "xaosa" ehtiyacı olub ki, bu da Bayden hökumətinin siyasətindən diqqəti yayındırmağa xidmət edib.
 
"Bu, sadəcə, ağılsızlıqdır. Rusiya kimi mürəkkəb ölkəni kim idarə edəcəkdi? Həmçinin onun nüvə ehtiyatlarının taleyi necə olacaqdı? Xaricilər belə bir ölkəni anlamır, - Karlson Putinə sui-qəsdin mümkün nəticələrini şərh edib.
 
Kreml amerikalı jurnalistin açıqlamalarına təmkinlə reaksiya verib. "İnterfaks"ın sualını cavablandıran Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin təhlükəsizliyi tam təmin olunur.
 
"Rusiya xüsusi xidmət orqanları ictimai təhlükəsizliyin və, əlbəttə ki, dövlət mühafizəsi altında olan şəxslərin, ilk növbədə dövlət başçısının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri daimi əsasda həyata keçirir," - Peskov deyib.
 
Karlson həmçinin ABŞ-ın "Şimal axını" boru kəmərinə hücumda əlaqəsi olduğunu iddia edib. "ABŞ Rusiyadan Qərbi Avropa və Almaniyaya çəkilən qaz boru kəmərinin partladılmasının arxasında dayanıb və nəhayət bunun doğru olduğunu deyə bilərik," - o, bildirib.
 
Keçən ilin noyabr ayında, prezidentliyə namizəd olduğu dövrdə Donald Tramp da "Şimal axınlarının məhv edilməsi" ilə bağlı bəyan edib.
 
"Demokratlar deyir ki, mən Rusiyanın dostu olmuşam, Rusiya üçün çalışmışam, Rusiya casusu olmuşam. Bu insanlar xəstədir," - Tramp Karlsonla müsahibəsində qeyd edib. "Rusiyanın ən vacib vəzifəsi "Şimal axını- 2"-nin tikintisi olub. Bu, dünyada Rusiyadan Almaniyaya və Avropaya çəkilən ən böyük qaz kəməridir. Mən onu məhv etdim. Mən onu dayandırdım."
 
Birinci prezidentlik müddəti ərzində Tramp "Şimal axını- 2" qaz kəmərinə qarşı sanksiyalar tətbiq edib. 2019-cu ilin sonunda isə boru kəmərinin tikintisi üçün gəmilər təqdim edən şirkətlərə qarşı məhdudiyyətləri nəzərdə tutan müdafiə büdcəsini imzalayıb.
 
Daha sonra Tramp boru kəmərini "tamamilə sanksiyalarla əhatə etdiyini" xatırladıb və onu əvəz edən Co Baydeni "Şimal axınlarını" təsdiqləməklə ABŞ iqtisadiyyatını "fəlakətə" aparmaqda ittiham edib.
Link kopyalandı!
Son xəbərlər