Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycanla Ermənistanın üçüncü tərəfin iştirakı olmadan, yəni vasitəçisiz razılaşıb sülh sazişi bağlaması daha məqsədəuyğundur...”
“Hesab edirəm ki, ümumiyyətlə, Amerika vətəndaşları üçün dünyada müharibələrin, münaqişələrin dayanması, filan münaqişədə atəçkəsin əldə olunması 10-15-ci məsələdir. Onlar üçün əsas maddiyyatdır, iqtisadi-sosial problemlərin həllidir, ölkədə inflyasiya, bahalıq olmamasıdır”.
Bu fikri Moderator.az-a açıqlamasında “Tramp deyir ki, mən hakimiyyətə gələndən sonra bütün müharibələr dayanmalıdır. Sizcə o, müxtəlif rıçaqlar vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişi imzalamağa məcbur etməyə çalışacaqmı” sualını cavablandırarkən beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı ifadə edib.
“Azərbaycanla Ermənistan arasındakı sülh sazişi imzalanması məsələsinə gəldikdə, bilirsiz, Bayden administrasiyası da buna çalışdı, amma alınmadı... Tramp administrasiyasının bu istiqamətdə hansı işlər görəcəyi isə hələ dəqiq bilinmir. Hesab edirəm ki, Azərbaycanla Ermənistanın üçüncü tərəfin iştirakı olmadan, yəni vasitəçisiz razılaşıb sülh sazişi bağlaması daha məqsədəuyğundur. Bununla belə, ümid edirəm ki, Tramp administrasiyası bu məsələyə daha ciddi yanaşacaq. Ancaq burada təzyiqdən yox, danışıqlar yolundan istifadə edəcək”, -deyə davamında analitik vurğulayıb.