Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın paytaxtında “Polis rejiminə qarşı yürüş” adlı etiraz yürüşü keçirilib.
Moderator.az bu haqda "Kavkazsskiy uzel" nəşrinə istinadla məlumat yayıb.
Etirazçılar ötən ilin noyabr və dekabr aylarında keçirilən etiraz aksiyaları zamanı saxlanılanların hamısının azadlığa buraxılmasını tələb ediblər.
"Didube" metro stansiyasından başlayan yürüş Tsereteli prospektində yerləşən polis binasında yekunlaşıb.
Etirazçılar əllərində “Ədalətsiz məhkəmə!”, “Xalqın gücündən qorxun!”, “Xalq üçün tutulanları azad edin!” plakatları tutublar.
Onlar həmçinin “Rejim məhbuslarına azadlıq!”, “Xalq üçün tutulanları azad edin!”, “Oliqarxiyaya qarşı atəş!” şüarları səsləndiriblər.
S.Laçın