Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış teleaparıcı Aytən Leylaqızı 8 il öncə ona edilən evlilik təklifindən danışıb.
Moderator.az-a açıqlama verən məşhur bildirib ki, evlilik təklifini ona türkiyəli müğənni Ebru Gündeşin keçmiş həyat yoldaşlarından biri edib:
“Mənim üçün sevgi, ailə dəyərləri çox ülvidir, müqəddəsdir. Ümumiyyətlə evlilik, ailə həyatı elə bir şeydir ki, nə vaxt gəldi gəlir. Bunun günü, saatı, anı yoxdur. Heç vaxt məqsədli şəkildə evlilik həyatı düşünməmişəm. Ətrafımda bəzi xanımlar var, onlar bu mövzuda fərqli düşünürlər. Bəzən onlara bir talib çıxanda deyirlər ki, qoy bahalı yerdə evi, maşını, villası olsun. Bütün bunlar olduğu hallarda isə əksər vaxt sevgi olmur. Yaxud da sevgi tez tükənir. 8 il öncə 30 yaşım olanda bir iş adamından evlilik təklifi almışdım. Həmin şəxs türkiyəli müğənni, çox sevdiyim pop ulduz Ebru Gündeşin keçmiş həyat yoldaşı idi. Adını çəkməyəcəm. Birlikdə çox yaşamayıblar, amma Ebru Gündeşin həyatında iz qoyan bir insan olub. Məni Türkiyədə təşkil olunan çox mötəbər bir tədbirdə görmüşdü. Daha sonra rəfiqəm və onun həyat yoldaşı vasitəsilə bu xəbəri xahiş etmişdi ki, mən də bilim. Onun keçmişi, keçmiş həyatı məni qətiyyən qorxutmurdu. Amma yenə də deyirəm, bu sevgidir, nə vaxt gəldi, nə vaxt getdi bilinmir. Onun mənə bəslədiyi sevgiyə müsbət cavab vermək üçün rəfiqəmlə həyat yoldaşı bizi çay süfrəsində görüşdürmüşdülər də. Hətta demişdi ki, sənə dəstək olacam, Türkiyədəki telekanallardan birində səni işə də düzəldəcəm. Əlbəttə ki, bu taleyin işi idi. Bu izdivac baş tutmadı. Kaş elə o vaxt ona “hə” deyərdim. Sözün düzü deyim ki, bir az peşman olmuşdum, amma həyatımdakı həqiqi sevgini tapandan sonra bu məyusluğum da yox oldu” deyə aparıcı bildirib.
Teleaparıcı bildirib ki, hələ efirə qayıtmaq fikri yoxdur:
“Hazırda aparıcılığımı fərqli sahədə davam etdirirəm. Toy-xına, ad günləri, şou proqramlar və s. ziyafətlərdə aparıcı olaraq çalışıram. Televiziyada yoxam. Sanballı bir layihə olarsa o halda geri qayıda bilərəm. Çünki mən televiziyada böyümüşəm, o mühit mənə doğmadır” deyə aparıcı bildirib.