Rusiya təyyarə qəzasına görə kompensasiya ödəməsə, rəsmi Bakı hansı addımlar ata bilər?
Ekskluziv
586
13:07, Bu gün

Rusiya təyyarə qəzasına görə kompensasiya ödəməsə, rəsmi Bakı hansı addımlar ata bilər?

Rusiya səmasında vurulan və Aktauda qəzaya uğrayan “AZAL” təyyarəsi ilə bağlı gərginlik davam edir. Təəsüflər olsun ki, Azərbaycan tərəfinin gözləntilərinə rəğmən Rusiya hələ də müqəssirlərin müəyyən edilməsi və ökəmizə kompensasiyanın ödənilməsi istiqamətində heç bir əməli addım atmır.

 

Bəs Rusiya bundan sonra da eyni laqeyd mövqeyi sərgiləyərsə, o zaman Azərbaycan hüquq çərçivəsində hansısa addımlar ata, Kremli kompensasiya ödəməyə məcbur edə bilərmi?

 

Moderator.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli, Rusiyanın bu məsələdə məsuliyyət daşıdığının inkaredilməz olduğunu bildirib:

 

“Təyyarənin vurulması heç kimdə şübhə doğurmayan bir məsələdir. Əslində təyyarə hansı ölkənin ərazisində vurulursa, həmin ölkə buna görə ən azı siyasi məsuliyyət daşıyır. Rusiya bu məsələni üstündən atmağa çalışır. Məsuliyyətdən yayınmaq üçün gah quş dəstəsi söhbəti ortaya atır, gah Ukrayna tərəfinin adını hallandrıır və s. Halbuki, həqiqət göz önündədir. Qara qutudakı məlumatların da açıqlanması təyyarənin vurulduğunu sübut edəcək.

 

Bu cür hallarla bağlı xüsusi hüquqi mexanizm mövcud deyil. Amma beynəlxalq praktikada belə bir ənənə formalaşb ki, təyyarə hansı ölkənin səmasında vurulursa, həmin dövlət üzr istəyir və kompensasiya ödəyir. Bu, beynəlxalq aləmdə qəbul edilən bir praktikadır. Rusiya bu praktikaya əməl etmir. Ancaq istənilən halda Azərbaycanın beynəlxalq təşkilatlara müraciət etmək, hüquqi baxımdan iddia qaldırmaq imkanı mövcuddur və lazım gələrsə ölkəmiz bu imkandan istifadə edə bilər”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər