“Putin Zəngəzur dəhlizinin hərbi yolla açılmasına göz yumarsa, ermənilərin Rusiyaya nifrəti daha da artacaq və...”
Ekskluziv
1696
24 Jan 2025 | 12:34

“Putin Zəngəzur dəhlizinin hərbi yolla açılmasına göz yumarsa, ermənilərin Rusiyaya nifrəti daha da artacaq və...”

“Onsuz da Azərbaycan ordusunun 44 günlük savaş zamanı erməni ordusu üzərində əldə etdiyi qələbədən sonra Ermənistan cəmiyyətinin, ümumiyyətlə, erməni toplumunun əksər hissəsinin Rusiya rəhbərliyinə qarşı kəskin nifrət, kin, aqressiya hissləri aşıb-daşımağa başlayıb. Ona görə də...”
 
Məlumdur ki, Ermənistan 10 noyabr 2020-ci il tarixdə imzalanmışz üçtərəfli bəyanatla Zəngəzur dəhlizinin açılması ilə əlaqədar öhdəlik götürüb. Lakin artıq 5-ci ildir ki, bütün siyasi-diplomatik cəhdlərə rəğmən həmin yol açılmır. Belə iddialar var ki, əslində Zəngəzur yolunun açılması Azərbaycan və Türkiyədən daha çox hazırda Qərbin ciddi sanksiyaları altında Ukraynadakı işğalçı müharibəsinin bataqlığında da boğulan Rusiyaya bir “nəfəslik” kimi lazımdır. Ona görə də Kreml Azərbaycanı hətta həmin dəhlizi hərbi yolla açmağa da təhrik edir. Amma bu halın Moskva üçün ziyanlı tərəfi də çox ola bilər. Belə ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Zəngəzur dəhlizini hərbi yolla açmasına göz yumarsa, o halda Ermənistan əhalisinin əksəriyyətinin Moskvaya qarşı nifrətləri daha da artacaq və onlar öz hökumətlərindən 102-ci bazanın və sərhəddəki “FSB” qoşunlarının ölkədən çıxarılmasını ciddi şəkildə tələb edə bilərlər...
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı bunları söyləyib:
 
“Ümumiyyətlə, son illər Ermənistan cəmiyyətin əksər hissəsi hakimiyyətdən 102-ci bazanın ölkə ərazisindən çıxarılması üçün yumşaq gücdən istifadə etməsini tələb edir. Və ümid edirəm ki, 2025-ci il Rusiya qoşunlarının Ermənistandan çıxarılması ili ola bilər. Bu halda Rusiya bazasının yerinə hansı ölkə bazasının gələcəyi də ayrı məsələdir. Onsuz da Azərbaycan ordusunun 44 günlük savaş zamanı erməni ordusu üzərində əldə etdiyi qələbədən sonra Ermənistan cəmiyyətinin, ümumiyyətlə, erməni toplumunun əksər hissəsinin Rusiya rəhbərliyinə qarşı kəskin nifrət, kin, aqressiya hissləri aşıb-daşımağa başlayıb. Ona görə də Moskva həmin nifrət və aqressiyanın daha da artmaması üçün Ermənistanla çox ehtiyat və səbir-təmkinlə davranır. Və görünən odur ki, Nikol Paşinyan Rusiya rəhbərliyi ilə görüşlərində rəsmi olmasa da,  Rusiyanın 102-ci bazasının çıxarılması üçün qeyri-rəsmi tələblər irəli sürür. Lakin, öncə dediyim kimi, onun əvəzində başqa ölkə hərbçilərinin Ermənistanda yerləşdirilib-yerləşdirilməyəcəyini zaman gəstərəcək...”
 
Sultan Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər