“Mask səviyyədə heç olmasa bir nəfərimiz olsaydı, indi iki Azərbaycan anlayışı yox idi...
Ekskluziv
1052
10:10, Bu gün

“Mask səviyyədə heç olmasa bir nəfərimiz olsaydı, indi iki Azərbaycan anlayışı yox idi..."

“ABŞ-nin gələcək prezidenti olmasını, zənnimcə, bütün Amerika xalqı istəyir...”
 
Narkotik aludəçisi olduğu deyilən, bu günlərdə bioqraflarından birinin onun artıq psixikasının pozulduğu, dəli olmaq üzrə olduğu və Amerika üçün təhlükə yaratdığı, amma dünyanın rəsmi milyarderləri arasında ən varlısı olan İlon Mask seçkisinə 300 milyon dollar xərclədiyi Donald Trampın andiçmə günündə faşist salamına bənzər rəmz də nümayiş etdirdi. Bu şəxs hələ heç bir vəzifəyə gəlməmiş ABŞ-nin Konqresinə, Senatına hədə dolu mesajlar verir, gah Britaniya xalqını hakimiyyəti devirməyə çağırır, gah Almaniya xalqına onun istədiyi namizədə səs vermələri üçün pul təklif edir. Bəlkə Tramp öz cinayətlərini gələcəkdə də ört-basdır etmək üçün Maskı özündən sonrakı ABŞ prezidenti kimi hazırlayır?.
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli  qısa danışıb:  
 
“İlon Mask səviyyədə heç olmasa bir nəfərimiz olsaydı, indi iki Azərbaycan anlayışı yox idi, böyük Azərbaycan dövləti yaranmışdı. O, dünyanın ən müdrik və ağıllı insanıdır. ABŞ həqiqi maraq siyasətini həyata keçirir. Donald Trampı cinayətkar, İlon Maskı narkoman  adlandırmaq  doğru deyil. İlon Maskın ABŞ-nin gələcək prezidenti olmasını, zənnimcə, bütün Amerika xalqı istəyir. Onun ağlı nəticəsində Birləşmiş Ştatların hərbi sənaye kompleksi elmə arxalanan ən müasir silahlarla təmin olunur. İlon Mask ABŞ-nin dahi şəxslərindən biridir...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər