Pentaqon Ukrayna ordusu üçün gəmiləri batıra bilən sirli raket bombası yaradır...
Ekskluziv
411
08:00, Bu gün

Pentaqon Ukrayna ordusu üçün gəmiləri batıra bilən sirli raket bombası yaradır... "DEFENSE EXPRESS"

Silahın detallarrının əksər xüsusiyyətləri hələ də gizli saxlanılır...
 
Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələri üçün 463 km mənzilli, gəmilərə və digər dəniz hədəflərinə qarşı "Quicksink" ilə təchiz oluna bilən "ERAM" raket-bombası hazırlayır.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "DEFENSE EXPRESS"-in analitikləri yazır.
 
Mütəxəssislər qeyd edirlər ki, bu, hazırda silahın əl çata bilən yeganə texniki xüsusiyyətidir.
 

"DEFENSE EXPRESS" qeyd edir ki, bu proqramın həyata keçirilməsinin bir hissəsi olaraq, Amerika hərbçiləri perspektivli "Quicksink" özüyönləndirmə başlığını bu "ERAM"-a inteqrasiya etmək istəyir. Belə ki, onun xüsusiyyətləri hətta gəmiləri və digər dəniz hədəflərini batırmağa imkan verəcəkdir.

“Burada onu da təfərrüatı ilə qeyd etmək lazımdır ki, "ERAM" proqramının mövcudluğu ilk dəfə yalnız 2024-cü ilin iyulunda məlum olub, baxmayaraq ki, bu raket-bomba üzərində işə başlamaq üçün müqavilə hələ ötən ilin yanvarında verilib.

Müqavilənin əsas şərtləri "ERAM"-ın 2 il ərzində (yəni 2026-cı ilə qədər açıq-aydın) hazır olmasını və istehsal həcminin ildə 1000 ədəd olmasını nəzərdə tutur. Bu proqramda ABŞ-dən başqa Ukrayna, Danimarka və Hollandiya da iştirak edir” deyə izah edilir.

"Quicksink" haqda nə məlumdur?

"Quicksink" özüyönləndirən axtarıcısının unikal xüsusiyyəti odur ki, o, radar və infraqırmızı axtarış aparatını birləşdirir. O, artıq "GBU-31/B JDAM"-da inteqrasiya ilə sınaqdan keçirilib.

“Bu sınaqların nəticələrini qısaca qeyd etmək üçün deyək ki, uçuşun son mərhələsində birbaşa hədəfə yaxınlaşarkən idarə olunan aviabomba düşmənin elektron mübarizə sistemlərinin təsiri üçün əlçatmaz olub”, - deyə ekspertlər bildirirlər.

“Bir məsələ var ki, "Quicksink"in bir 200 min dollara başa gəlir.
Lakin ABŞ Hərbi Hava Qüvvələri ümid edir ki, bu bələdçi sistem üzərində iş davam etdikcə, hər bir vahid üçün xərc 50.000 dollara qədər azalacaq”, - bəyanatda  belə deyilir.

S.Laçın

 

Link kopyalandı!
Son xəbərlər