Əsrin layihəsi: Mask Amerika və Britaniyanı sualtı hipertunel ilə birləşdirməyə hazırdır
Ekskluziv
288
01:37, Bu gün

Əsrin layihəsi: Mask Amerika və Britaniyanı sualtı hipertunel ilə birləşdirməyə hazırdır

"Bu nəhəng layihənin dəyəri 19, 8 trilyon dollardır, təyyarənin 8 saata qət etdiyi məsafəni qatarla bir saata getmək mümkün olacaq..."
 
Biz mütəmadi olaraq fizika qanunlarına zidd görünsə də, gündəlik olaraq böyük insan axınlarına xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə şahid oluruq.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.ru" nəşri yazıb.
 
Nəşr buna misal olaraq Fransanı və Böyük Britaniyanı birləşdirən La-Manş tunelini və ya Pekinlə Şanxayı birləşdirən, 1318 kilometr uzunluğu olan nəhəng Danyan-Kunşan körpüsünü göstərir.
 
Nəşr yazır ki, burada söhbət onilliklər boyu konsepsiyası üzərində düşünülən və müasir sivilizasiyanın ən iddialı layihələrindən biri olan Transatlantik tuneldən gedir. 
 
Bu cəsarətli təklif uzun müddət mühəndislər, memarlar və sahibkarların diqqətini çəkib, lakin hələlik praktik olaraq həyata keçirilməyib. İndi siz Nyu-York və Londonu birləşdirən, Atlantik okeanı sularının altından keçən dəmir yolu tunelini təsəvvür edin.
 
Bu nəhəng layihənin dəyəri təxminən 19,8 trilyon dollar (və ya cari məzənnə ilə 19,3 trilyon avro) təşkil edir və insanlığın coğrafi maneələri aşmaq arzusunu nümayiş etdirir.
 
Layihənin həyata keçirilməsi, şübhəsiz ki, aralarındakı məsafənin 5500 km olmasına rəğmən, iki ölkə arasında iqtisadi əlaqələri gücləndirərdi. Son vaxtlar yayılan xəbərlər bu layihəni reallığa daha da yaxınlaşdıra bilər.
 
İlon Mask "X" platformasında etdiyi paylaşımda 2017-ci ildə qurduğu "Boring Company" şirkətinin bu ideyanı əvvəlki qiymətlərlə müqayisədə daha aşağı xərclərlə reallaşdıra biləcəyini iddia edib.
 
Bu iddialı təşəbbüsün tərəfdarları hesab edir ki, texnoloji irəliləyiş sayəsində 5500 km məsafəni 60 dəqiqəyə qət edə bilən qatarlar yaradıla bilər, halbuki bu məsafəni təyyarə ilə keçmək 8 saat çəkir.
 
Bu necə həyata keçiriləcək? Söhbət maqnit levitasiya prinsipi əsasında vakum kapsullarında hərəkət edən və müqavimətin olmadığı mühitdə saatda 4800 km sürətə çatan qatarlar vasitəsilə daşımadan gedir. 
 
Qeyd etmək lazımdır ki, hazırda maqnit yastığı üzərində hərəkət edən qatarların sınaqları 1000 km/saat sürətini keçmir. Bundan əlavə, bu layihənin icra müddəti ilə bağlı çoxsaylı suallar ortaya çıxır. Məsələn, cəmi 38 km uzunluğu olan La-Manş tunelinin tikintisi 6 il çəkib.
 
Bu amillər hələ ki, tunelin tikintisi ilə bağlı tam bir planın formalaşmasına imkan vermir və heç bir dövlət onun reallaşdırılması üçün ciddi addımlar atmağa hazır olduğunu rəsmi olaraq bəyan etməyib.
 
İlon Maskın bu açıqlamalarına nə dərəcədə ciddi yanaşacağı məlum deyil, lakin onun Donald Tramp administrasiyasındakı yeni mövqeyini nəzərə alsaq, yaxın illərdə bu iddialı planlarını həyata keçirmək üçün lazım olan dəstəyi ala biləcəyini güman etmək olar.
 
İlon Riv Mask amerikalı sahibkar, mühəndis və milyarçıdır. Hazırda planetin ən varlı insanıdır. 11 dekabr 2024-cü ildə tarixdə ilk dəfə sərvəti 400 milyard dolları keçmiş şəxs kimi tanınıb.
Link kopyalandı!
Son xəbərlər