“Onlar yeni siyasi aləmə köhnə “baqaj”la daxil olur”
Ekskluziv
576
23 Jan 2025 | 20:30

“Onlar yeni siyasi aləmə köhnə “baqaj”la daxil olur”

“Ermənistanla bağlı ən çox məyusluq doğuran reallıqlardan biri odur ki, burada yeni nəslin nümayəndələri də meydana köhnə “baqaj”la daxil olur, zərərli ideyaların daşıyıcıları qismində çıxış edirlər”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, eyniylə 100-200 il bundan öncə olduğu kimi, bu gün də erməni siyasətçiləri Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibət sərgiləməkdədirlər:

 

“Nə qədər qəribə və təəssüfedici olsa da, qeyd etməiyik ki, bu məsələdə dəyişən heç nə yoxdur. Bir neçə əsr bundan öncə olduğu kimi, bu gün də Ermənistanda həm Azərbaycana, həm də Türkiyəyə düşmən münasibət mövcuddur. Yenə də erməni siyasətçiləri Azərbaycana və Türkiyəyə problemlər yaratmağa çalışır, iri güclərin əlində alət kimi çıxış edirlər. Yəni zaman keçsə də, biz ermənilərin nə düşüncə tərzində, nə də fəaliyyətində hər hansı dəyişikliyə şahid olmuruq. 200 il bundan öncə bizim haqqımızda necə düşünürdülərsə, bu gün də elə düşünürlər. Bu isə bölgədə etibarlı və uzunmddətli sülhün bərqərar olmasına mane olan mühüm amillərdən biridir.

 

Ermənistan, onları idarə edən şəxslər öncə öz düşüncələrini dəyişməli, həqiqəti dərk etməli və  buna uyğun addımlar atmalıdır. Yalnız belə olan halda bölgədə sülhə nail olmaq olar”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər